13 мая 2019 г.



BMT-yə müraciət: Əgər sülh danışıqları kömək etmirsə, onda Azərbaycan hərbi-siyasi vasitələrlə münaqişəni həll edəcək

"Ümumqafqaz evi" Qeyri-Hökumət Beynəlxalq Sülhməramlı təşkilatının təşəbbüsü ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ilə birgə BMT Baş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ünvanlanan müraciət bu gün qurumun Bakıdakı nümayəndəliyinə təqdim edilib.

Müraciətin altında Azərbaycanın tanınmış sənət, siyasət, mədəniyyət və vətəndaş cəmiyyəti xadimlərinin imzaları atılib. Müraciətdə Ermənistanla Azərbaycan arasında atəşkəsin qüvvəyə minməsinin 25 ili tamam olmasına baxmayaraq, münaqişənin hələ də insan tələfatına səbəb olduğu qeyd edilib.

Müraciətin əsas məqsədi odur ki, əgər sülh danışıqları heç bir kömək etmirsə, onda Azərbaycan hərbi-siyasi vasitələrlə münaqişəni həll edəcək və bundan sonra baş verəcək hadisələrə görə, həmçinin beynəlxalq ictimaiyyət və qurumlar cavabdeh olacaq.




Комментарии: