Южный и Северный Кавказ: синергия или взаимные подбрюшья? - ВИДЕО
Южный и Северный Кавказ: синергия или взаимные подбрюшья? | ТЕМИРОВ | ГУСЕЙНОВ
Поистине
Стрим Мурата Темирова и Ризвана Гусейнова
На Azeri.Today стартовал долгожданный телепроект авторской передачи «Упреки истории» с Ризваном Гусейновым . Подробно представлят...
Южный и Северный Кавказ: синергия или взаимные подбрюшья? | ТЕМИРОВ | ГУСЕЙНОВ
Поистине
Стрим Мурата Темирова и Ризвана Гусейнова
POISTINE
Стрим Мурата Темирова и Ризвана Гусейнова
Prime TV с Ризваном Гусейновым
Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prinsipial olan bəzi məsələləri təsdiqlədi. Yəni Paşinyan bu dəfə yalnız 86,6 min kvadrat kilometri qeyd etməklə kifayətlənmədi, Qarabağın da ölkəmizin ərazisi olduğunu elan etdi. Paşinyan əslində bununla “Qarabağ Azərbaycandır” dedi.
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın dünən mediaya verdiyi müsahibə haqda danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
“Sülh müqaviləsinin imzalanmasına gəldiksə isə Paşinyan öncə millət vəkillərinə, sonra da jurnalistlərə başa salmağa çalışdı ki, onlar üçün əsas məsələ nə Qarabağ, nə də orada yaşayan ermənilər yox, Ermənistanın Cənubi Qafqazda dövlət kimi qalmasıdır. Çünki hazırki proseslərdə onların taleyi həll olunur. Biz Vaşinqton, sonra isə Brüssel görüşlərinin sülh danışıqlarına təkan verdiyini görürük. Rusiyanın da narazılığı onu göstərir ki, prinsipial məsələlərdə razılığın əldə olunmasında və yekun sülh müqaviləsinin imzalanmasında əsas əngəl Moskvadır. Paşinyanın KTMT üzvlüyünün dayandırılması ehtimalı haqqında verdiyi açıqlama da təsadüf deyil. Baş nazir təşkilatın fəaliyyətini mənfi qiymətləndirdi, Moskvanın İrəvanı Qərblə münasibətlərə görə ittiham etməsini mənasız adlandırdı, üstəlik, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətinin uğurlu olmadığını qeyd etdi. Əslində bəhs etdiyimiz çıxışın böyük hissəsi Moskvaya ittihamlarla bağlıdır. Ələlxüsus bu bəyanatların 25 may Moskva görüşündən əvvəl verilməsi Paşinyanın artıq açıq şəkildə ölkəsi üçün Qərb istiqamətini seçdiyini elan etməsi deməkdir. Sözügedən ultimativ çıxış indidən Moskva görüşünün səmərəli olacağına şübhə yaradır”, - o bildirib.
Rizvan Hüseynov sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistanın yox, Azərbaycanın qərar və mövqeyinin həlledici olacağını vurğulayıb:
“Delimitasiya və demarkasiyanın SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci il tarixdə hazırladığı xəritələr əsasında aparılması qərarını Ermənistan özbaşına verə bilməz. Burada prinsipial qərarı Bakı qəbul edə, İrəvan isə hansısa təklifləri verə bilər. Paşinyanın vurğuladığı 1975-ci il xəritəsində Azərbaycanın xeyrinə və zərərinə olan məsələlər mövcuddur. Bəhs olunan xəritədə 80-ci illərin ortalarında Ermənistana Qazax istiqamətində otlaq sahəsi kimi verilən torpaqların ölkəmizin ərazisi olduğu öz əksini tapıb. Yəni xəritə Tovuz-Qazax istiqamətində bizim üçün faydalı, Zəngilan, Zəngəzur və Naxçıvan istiqamətində isə zərərimizədir. Ancaq rəsmi İrəvan nə deyir desin, bunu nə Ermənistan, nə də onun havadarları verəcək. Qərarı Azərbaycan qəbul edəcək və onlar da bizim haqlı mövqeyimizlə razılaşmalı olacaqlar”.
23-24 may Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə "Qarabağ dünən, bu gün və sabah" mövzusunda 22-ci elmi-əməli konfransı keçirildi.
Bu konfrans Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dəstəyi ilə keçirilib. Tədbir Azərbaycan Respublikasının himninin ifası və torpaqlarımızın azadlığı, suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı.
Konfransın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Qarabağ mövzusunun aktual olaraq qaldığını, yeni araşdırmaların vacibliyini, dərin tədqiqatların aparılmasına ehtiyac olduğunu qeyd etdi. O, sürətlə dəyişən dünyada informasiyanın son dərəcə əhəmiyyətli olduğunu qeyd etməklə yanaşı və bu sahədə elmi tədqiqatların, araşdırmaların nəticələrinin həm ölkə daxilində, həm də ölkədən kənarda aktiv şəkildə yayılmasının təşkilinin vacibliyini bildirdi.
Firdovsiyyə xanım qeyd etdi ki, bu ilki konfransa Azərbaycanla yanaşı Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, İsveçrədə fəaliyyət göstərən alim və araşdırmaçılar tərəfindən müxtəlif itiqamətləri əhatə edən 40-dan artıq məruzə təqdim edilmişdir. Təqdiredici haldır ki, bu ilki konfransa qoşulan bakalavr və doktorant tələbələrin sayında artım vardır. O bildirdi ki, konfrans həm əyani formada, həm də Zoom proqramı vasitəsilə onlayn keçirilir.
Sonra məruzələr dinlənilməyə başlanıldı. Tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı, Ukraynadan tarix elmləri doktoru, professor Fərhad Turanlı, tarix elmləri doktoru, dosent Sevinc Seyidova, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, tarix üzrə fəlsəfə doktoru Rafik Səfərov, UNESCO dosenti, tarixçi Rizvan Hüseynov, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəfli, Türkiyədən Mustafa Alptuğ Yazıcıoğlu və digərləri məruzələrlə çıxış etdilər.
Azərbaycan Pedaqoji Universitetinin 2-ci kurs tələbələri Sevinc Abdullayeva, Amin Hümmətov, Amin Məlikov və digərləri ilk tədqiqatlarını konfrans iştirakçılarının diqqətinə çatdırdılar.
Məruzələrdən sonra müzakrələr oldu, suallar cavablandırıldı.
Seminarın işində Beynəlxalq Qarabağ Forumunun üzvləri, ADPU-nun rəhbərliyi, Tarix və Coğrafiya fakültəsinin professor-müəllim heyəti, tələbələr iştirak edirdi.
Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prinsipial olan bəzi məsələləri təsdiqlədi. Yəni Paşinyan bu dəfə yalnız 86,6 min kvadrat kilometri qeyd etməklə kifayətlənmədi, Qarabağın da ölkəmizin ərazisi olduğunu elan etdi. Paşinyan əslində bununla “Qarabağ Azərbaycandır” dedi.
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın dünən mediaya verdiyi müsahibə haqda danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
“Sülh müqaviləsinin imzalanmasına gəldiksə isə Paşinyan öncə millət vəkillərinə, sonra da jurnalistlərə başa salmağa çalışdı ki, onlar üçün əsas məsələ nə Qarabağ, nə də orada yaşayan ermənilər yox, Ermənistanın Cənubi Qafqazda dövlət kimi qalmasıdır. Çünki hazırki proseslərdə onların taleyi həll olunur. Biz Vaşinqton, sonra isə Brüssel görüşlərinin sülh danışıqlarına təkan verdiyini görürük. Rusiyanın da narazılığı onu göstərir ki, prinsipial məsələlərdə razılığın əldə olunmasında və yekun sülh müqaviləsinin imzalanmasında əsas əngəl Moskvadır. Paşinyanın KTMT üzvlüyünün dayandırılması ehtimalı haqqında verdiyi açıqlama da təsadüf deyil. Baş nazir təşkilatın fəaliyyətini mənfi qiymətləndirdi, Moskvanın İrəvanı Qərblə münasibətlərə görə ittiham etməsini mənasız adlandırdı, üstəlik, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətinin uğurlu olmadığını qeyd etdi. Əslində bəhs etdiyimiz çıxışın böyük hissəsi Moskvaya ittihamlarla bağlıdır. Ələlxüsus bu bəyanatların 25 may Moskva görüşündən əvvəl verilməsi Paşinyanın artıq açıq şəkildə ölkəsi üçün Qərb istiqamətini seçdiyini elan etməsi deməkdir. Sözügedən ultimativ çıxış indidən Moskva görüşünün səmərəli olacağına şübhə yaradır”, - o bildirib.
Rizvan Hüseynov sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistanın yox, Azərbaycanın qərar və mövqeyinin həlledici olacağını vurğulayıb:
“Delimitasiya və demarkasiyanın SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci il tarixdə hazırladığı xəritələr əsasında aparılması qərarını Ermənistan özbaşına verə bilməz. Burada prinsipial qərarı Bakı qəbul edə, İrəvan isə hansısa təklifləri verə bilər. Paşinyanın vurğuladığı 1975-ci il xəritəsində Azərbaycanın xeyrinə və zərərinə olan məsələlər mövcuddur. Bəhs olunan xəritədə 80-ci illərin ortalarında Ermənistana Qazax istiqamətində otlaq sahəsi kimi verilən torpaqların ölkəmizin ərazisi olduğu öz əksini tapıb. Yəni xəritə Tovuz-Qazax istiqamətində bizim üçün faydalı, Zəngilan, Zəngəzur və Naxçıvan istiqamətində isə zərərimizədir. Ancaq rəsmi İrəvan nə deyir desin, bunu nə Ermənistan, nə də onun havadarları verəcək. Qərarı Azərbaycan qəbul edəcək və onlar da bizim haqlı mövqeyimizlə razılaşmalı olacaqlar”.
ARB24 kanalında Rizvan Hüseynovla maraqlı müzakirələr