15 ноября 2019 г.




Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri, mənbəşünas Rizvan Hüseynov Teleqraf.com saytına müsahibə verib.

Müsahibə zamanı Azərbaycan tarixinin mənbə problemi, mənbəşünaslıq və digər tarixi məsələlərlə bağlı maraqlı fikir mübadiləsi aparılıb. Çar Rusiyası və əsasən, SSRİ zamanında Azərbaycan tarixi yazılarkən qəsdən edilən təhriflərin, yol verilən xətaların yaratdığı problemlərə toxunulub.



Müsahibədən qısa sətir başlıqları:

- Bizdə istinad verilən mənbələrin əksəriyyəti ya təhrif olunub, ya da həmin mənbələrdə heç o deyilənlər yazılmayıb
- Bizim əleyhimizə olduğu deyilən mənbələrin 80 faizi əslində lehimizədir
- Tarixi Azərbaycan ərazisi təxminən 480-500 min kvadrat kilometrdir
- Dərbənd qalası üzərindəki 32 damğanın 28-də “Azərbaycan” sözü yazılıb
- Çar Rusiyası və SSRİ dövründə bizim üçün elə tarix yazıblar ki, guya biz daim uduzmuşuq, halbuki...
- Rusiya tarixində qələbələrin sayı azdır, yaxud qələbə kimi təqdim edilən hadisələr əslində qələbə deyil
- Ən möhtəşəm siyasi dövlət layihələrimizdən biri Azərbaycan Atabəylər dövlətidir – O, faktiki olaraq müasir ABŞ kimi fövqəldövlət idi
- Oğuz türklərini ona görə sevmirlər ki, onlar səlibçilərin layihələrini dəfələrlə darmadağın ediblər
- Orta əsrlərdən öncə erməni xalqının mövcud olmasına dair heç bir dəlil-sübut yoxdur
- Bizim araşdırmalar göstərdi ki, ermənilərin bir xalq kimi tarixi 350-400 ildən çox deyil
- Yeni tarixi konsepsiyanın işlənilməsində bir sıra ermənilər bizə dəstək verirlər
- Erməni xalqı Avropa tərəfindən süni yaradılmış bir projedir – Bu projenin hədəfi də bizik
- Müasir rus dövlətçiliyi Çingiz xanın qurduğu dövlətin davamçısıdır
- İndi Rusiya öz köklərini türk tarixində, türk mədəniyyətində axtarır
- Bütün XIX əsr Avropa mənbələrində yazılır ki, Turana qalib gəlmək üçün onun onurğa sütununu – Azərbaycanı sındırmalısan və bunu etdilər
- İndi bizim əsas istiqamətimiz Qarabağ münaqişəsinin həlli yox, Ermənistanı bir dövlət kimi Qafqazdan silmək olmalıdır
- Müasir dövrdə dünyanın siyasi çəkisində ağırlıq getdikcə Şərqə tərəf düşür.

Комментарии: