23 июня 2016 г.


Rizvan Hüseynov: “İstənilən halda Ermənistana daha çox rəğbət bəsləyirlər”

Rizvan Hüseynov: “İstənilən halda Ermənistana daha çox rəğbət bəsləyirlər”
O, vasitəçilərin ikili standartlarından danışıb.
Hurriyyet.org xəbər verir ki, bu günlərdə “The National İnterest” qəzetində Qərbin Qarabağ məsələsində ikili standartları barədə material dərc edilib. Thegreatmiddleeast.com saytı bu məsələni aydınlaşdırmaq üçün Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın hüquq və insan hüququ İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynova müraciət edib.

- Necə hesab edirsiniz, Qərbdə bu məsələyə ikili yanaşma mövcuddurmu? Əgər vardırsa, bu, özünü nədə büruzə verir?

- Şübhəsiz ki, erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda həm Qərbin, həm də Rusiyanın maraqlarının irəlilədilməsi alətlərindən hesab edilir. Bununla belə, həm Rusiya, həm də Qərb münaqişə tərəflərinə - Azərbaycana və Ermənistana bərabər yanaşa bilmir. İstənilən halda, Ermənistana daha çox rəğbət bəslənilir – çünki burada ermənilərin düşmən müsəlman və türk mühasirəsində qalmış xristian kimi təqdim edilməsi amili rol oynayır. Qərb ölkələri cəmiyyətləri çox vaxt açıq etiraf etməsələr də, “xristian Ermənistanını” dəstəkləməyi özlərinə borc bilirlər. Digər bir amil isə odur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in MQ həmsədri olan ölkələrdə - ABŞ, Rusiya və Fransada ermənilərin ən böyük və fəal bir qisminin yaşamasıdır. Buna görə də, erməni amili ABŞ, Rusiya və Fransanın daxili və xarici siyasətlərində ciddi rol oynayır – nəticədə bu ölkələrdən Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə qarşı sağlam düşüncəli və qərəzsiz yanaşma gözləyəsi olmuruq.

Azərbaycan ədalətli olaraq erməni SQ tərəfindən işğal edilmiş ərazilərin qaytarılmasıını tələb edir – bununla bütün ölkələr razıdırlar, lakin bununla yanaşı, status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi üçün hər şey edilir. Yəni, ikili standartlar göz qabağındadır, rəsmən Azərbaycanın mövqeyinin dəstəkləndiyi bəyan edilir, reallıqda isə işğalçı Ermənistanın güzəştlər qazanmasına nail olmaq məqsədilə münaqişənin həllinin hər cür yolla uzadılması və Azərbaycana təzyiq göstərilməsi müşahidə edilir. Məhz bu ikili standartlar siyasəti Qarabağ münaqişəsinin ətrafındakı vəziyyətin alovlanmasına səbəb olur və qanlı hərbi toqquşmalara çevrilir. 2016-cı ilin aprel ayının əvvəlində olduğu kimi. İşğalçı Ermənistanın cəzasızlığı və dünya birliyinin susqunluğu Azərbaycanı Qarabağ məsələsini hərbi-siyasi yolla həll etmək məcburiyyətində qoyur.

Hurriyyet.org

Комментарии: