12 июля 2020 г.


Niyə Ayasofyanı indi camiyə /məscidə çevirdilər? Bu sualın cavabı üçün tarixçi Rizvan Hüseynovla birgə Konstantinopolun 1453-cü ildə baş vermiş fəthindən öncəki tarixinə baxmaq bu mənada böyük əhəmiyyət daşıyır.

Səadət Kərimi

Bu sualın cavabı üçün əslində 532-537 illərdə İstanbul’un tarixi yarımadasındakı əski şəhər mərkəzində inşa edilmiş Ayasofyanı (Hagia Sofia) təkçə bir cami, kilsə və ya arxitektura və incəsənət nümunəsi olaraq görmək kifayət deyildir. İstanbul və onun yan yörəsinə aid coğrafi ərazinin tarixini bilənlər üçün bu çox doğru və müdrik bir qərardır. Aşağıda bu tarixə qısa nəzər salacayıq. Recep Tayyip Erdoğan hakimiyyəti 1934 ildə bu binanın muzeyə çevrilməsi qanununu ləğv etmək üçün məhkəməyə çoxdandır baş vurmuşdur və uzun müddət gedən məhkəmə prosesindən sonra qanunu ləğv etməyə nail olmuşdur. İnanıram ki, bu bina yenidən ictimayyətin istifadəsinə cami olaraq açılsa da, binaya çox böyük qayğı göstəriləcəkdir və bütün sənət əsərləri yenə də qorunacaqdır.

Aya Sofyanın resmî adı Ayasofya-i Kebir Camiidir. 15 əsrdir dayanan bu bina sənət tarixinin və memarlıq dünyasının şah əsərlərindən biridir və böyük günbəzi ilə Bizans memarlığının simvoluna çevrilmişdir. Ayasofya digər katedrallarla müqayisədə aşağıdakı xüsusiyyətləri ilə fərqlənir. Ayasofya dünyadakı ən qədim katedraldır. Aya Sofya yapıldığı dönəmdən etibarən təxminən min il boyunca (1520’də İspanyadaki Sevilla Katedralının inşaatı tamamlanadək) dünyanın en böyük katedralı ünvanına sahib olmuşdur. Günümüzdə yüz ölçümü baxımından dördüncü sırada gəlməkdədir. Ayasofya dünyadakı ən sürətlə tikilən, 5 il ərzində hazır olan katedraldır. Aya Sofya dünyadakı ən uzun tarixi sürəcdə, 15 əsr boyunca, ibadət yerlərindən biri olmuşdur. Aya Sofya günbəzinin diametri ”əski katedral” günbəzləri/kübbələri arasında dördüncü ən böyük günbəz hesab olunur.

Nədən bu yeni qərar İstanbul və onun yan yörəsinə aid coğrafi ərazinin tarixini bilənlər üçün çox doğru və müdrik bir qərardır? Məlumdur ki, Osmanlı dövlətinin çökdüyü və Türkiyə Cümhuriyyətinin qurulduğu dönəmdə onlar Birinci Dünya müharibəsində qalib gəlmiş Batı (Qərb) Dövlətləri ilə bir razılığa gəlməli idilər. Və o dövrdə Mustafa Kamal Atatürkün bu addımı – 1934-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi altında Ayasofya sekulyarlaşmışdır, dünyəviləşdirilmişdir və muzeyə çevrilmişdir – və bu addım müsbət təsir göstərmişdir, və yeni gənc Türkiyə Cümhuriyyətinin dünyada imijinə üstünlüklər qazandırmışdır. Ayasofyanın statusu ondan sonrakı dövrdə də davamlı olaraq müzakirə olunsa da, məsələ bu son illərdə Türkiyə mediayası tərəfindən qaldırılmışdır, Türkiyə siyasi dairələrində qaldırılmışdır, və Ayasofyaya yenidən cami statusu verilməsi əlbəttə ki, birmənalı qalşılanmamışdır. Həm Türkiyədə, həm Azərbaycanda həm də dünyanın bir çox ölkələrində reaksiyalar çox kəskindir, lakin Türkiyə cəmiyyətinin ücdə biri bu qərarı alqışlayır.

Niyə məhz indi bu baş verdi? Bu məsələyə bir az aydınlıq gətirmək üçün, olayların səbəbini anlamaq üçün bir az keçmişə nəzər salmalıyıq və bəzi tarixi faktları göz önünə almalıyıq. Bəlkə onda başa düşərik ki, niyə Türkiyə höküməti bu qərarı məhz indi verdi.

Azərbaycan Elmlər Akademiyasının tarixçi alimi, YUNESKO-nun Quzey (Şimali) Qafqazdakı mənəvi ənənələrin, özünəməxsus mədəniyyətlərin və dinlərarası dialoqun müqayisəli tədqiqatları şöbəsinin dosenti, Rizvan Hüseynovun araşdırmalarına müraciət etmək yerinə düşür. 

Videoya bax




Birinci onu qeyd etmək lazımdır ki, bir çoxlarımız Konstantinopol şəhərinin 1453-cü ildə Osmanlı padşahı Fatih Sultan Mehmet tərəfindən fəth olunmasını və onun tərəfindən Ayasofyanın camiyəyə dönüşdürülməsini bilirik. Fatih Sultan Mehmetin Bizans İmperiyasını məhv etməsi faktını çoxlarımız yaxşı bilir. Əslində isə tam olaraq elə deyil – Konstantinopolun 1453-cü ildə baş vermiş fəthindən öncəki tarixi bu mənada böyük əhəmiyyət daşıyır. Bizans dövləti ən böyük zərbəni Xaç yürüşləri (Türkiyədə buna Səlib döyüşləri deyirlər) dövründə almışdır, əsasən də IV Xaç yürüşləri zamanı, çünki bu zaman Union (Birlik) adlanan Kutsal (Müqəddəs) Katolik Romasının başçılığı altında birləşmiş qüvvələrin ki, burada Fransızlar, İtaliyanlar, Almanlar və digər Batı (Qərbi) Avropa xalqlarının  nümayəndələri  1204 –cü ildə Konstantinopolu almışdılar və dağıtmışdılar. Həmçinin Ayasofya kilsəsi dağıdılmışdı. Katolik xaçpərəstlər onun içində hər nə qızıl, mal-mülk vardırsa yarmışdılar, qızılı əritmişdilər, Ayasofyanı vandalizə etmişdilər, Konstantinopol kitabxanasını yandırmışdılar. Şəhərin yunan əhalisinin əksəriyyətini qətliyam etmişdilər və nəticədə təxminən yarım milyon əhalisi olan Konstantinopol darma- dağın olmuşdur və şəhərin cəmi 50 min əhalisi qalmışdır. Və beləliklə, Konstantinopol Batı Avropa siyasətinin far postuna çevrilmişdir. Far Post əslində futbola aid termindir, futboldan gələn və siyasətdə ”xaçın olduğu yerdən uzaqda yerləşən məqsəd nöqtəsi” anlamında siyasətdə işlənən termindir. Şəhər öz tarixi boyu bir çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə — IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.

Yəni Konstantinopolda Latın Katolik Krallığının hakimiyyəti qurulmuşdur, və bu krallıq öz hökmünü və öz təsirini hətta yaxındakı müsəlman dövlətlərinə yeridə bilirdi, Yaxın Şərqdə, Anadoluda, Fələstində, Aralıq Dənizi yanı ölkələrində, Misirdə, Tunisdə və s. yerlərdə basqınlar edə bilirdi. Yəni onların məqsədi öz təsirini bu ölkələrdə yaymaq idi. Təbii ki, bu da ona gətirib çıxardı ki, yeni qurulmuş Osmanlı Dövləti, Kayı Boyu’ndan gələn sultanın dövründə, zəifləmişdi. Bəli, Osmanlı İmperatorluğun ilk illərinin anlatımında əfsanə və gerçəyi ayırmanın zor olması nədəniylə dəyişən qonular olmuşdur – buna rağmen çoxu çağdaş bilginler Osmanlı İmperatorluğunun aşağı-yuxarı 1299 -cu ildə ortaya çıxdığını və qurucusunun Oğuz Türkleri’nin Kayı Boyu’ndan gələn Osman Gazi olduğunu qəbul edirlər!

Osmanlı sultanı kimi digər türk müsəlman dövlətləri də təhlükəni anlamışdılar, onlar bu böyük təhlükənin fərqində idilər, çünki ondan öncəki Xaç yürüşlərinin qabağında yalnız Selcüklər, Oğuz Türkləri dayana bilmişdilər. Onlar Batı Avropa müstəmləkəçilərini rədd edə bilmişdilər. İkinci xaçlı səfərinin nəticələri qeyri-qənaətbəxş olduğuna görə, Fələstin torpaqlarında vəziyyət dəyişməyə başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr nisbəti onların əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan müsəlman-türk hökmdarları ilə bacara bilmirdilər və məğlubiyyətlər sıralanırdı. Edessa qraflığının 1144-cü ildə itirilməsindən sonra, Qüdsün də vəziyyəti ağırlaşmışdı. Onlar Atabəy Nurəddin Zənginin simasında yeni bir qorxulu düşmən tapmışdılar. Onun ölümündən sonra hakimiyyətə gələn Səlahəddin Əyyubi bu siyasəti davam etdirir və səlibçilərin ətrafındakı mühasirə dairəsi get-gedə daralırdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2 oktyabr 1187-ci ildə, Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi ilə nəticələnmişdi. Selcüklər, Oğuz Türkləri Qüdsi (Jerusalim) azad etmişdilər, onlar Suriya və İraqı azad etmişdilər, Aralıq Dənizi yanı ölkələrini, Misiri, və hətta kilsəyə yüksək status qaytarmışdılar, Qüdsdə olduğu kimi, həmdə Bizansın statusu möhkəmləndirdilər. Bizans Qərbi Avropanın katolik İttifaqının təziqindən və zərbələrindən əhəmiyyətli dərəcə də zəifləmişdir. Lakin məhs 1204- cü ildə Konstantinopol itiriləndən və darma-dağın olandan sonra Katolik İttifaqının Katolik layihəsi əsas təhlükəyə çevrildi, qonşu xalqların köməyi ilə, həmçinin Bizans imperatorluğundan qovulmuş və Nikeyaya köç etmiş müsəlmanların köməyi ilə. 1261- ci ildə, yəni təxminən 55 ildən sonra, ilk dəfə Konstantinopolu azad etmək və onu yenidən Bizansın paytaxtı etməyə nail olurlar, baxmayaraq ki, o zaman Bizans dövləti demək olar ki, vassal bir dövləti idi.

Tarixçi Rizvan Hüseynova görə, ondan sonrakı dövrdə, təxminən 200 il ərzində (1261-1453) baş verən hadisələr, yəni 1453-cü ildə Sultan Fatih Konstantinopolu alana qədər, Bizans dövləti, dəqiq desək ondan nə qalmışdırsa – Konstantinopol və onun ətrafı – Katolik kilsənin, yəni Genuya xalqının (İtaliya) və Venesiya xalqının təsirinə düşmüşdülər. Onlar Konstantinopolu öz ticarətinin aparılması üçün, həm də Yaxın Şərqdə, Anadoluda və Aralıq Dənizi ölkələrində öz siyasi doktrinasını həyata keçirə bilmək üçün öz objektinə çevirmişdilər. Bu da təbii ki, Osmanlıları və digər müsəlman dövlətlərini qane edə bilməzdi, onlar bu dövrdə əsasən pravoslavlığın, pravoslav kilsənin qorunub saxlanılmasına, və Konstantinopolun pravoslavlığın mərkəzi kimi qorunub saxlanılması üçün çalışırdılar. Həmin tarixi dövrdə heç bir başqa siyasi güc, heç bir hakim qüvvə yox idi və Konstantinopolu almaq uğrunda gedən sonrakı dövrün praktikası göstərdiyi kimi, məhz Osmanlı dövlətinin siyasəti sayəsində xalqlar öz pravoslav dinini qoruyub saxlaya bildilər. Hüseynovun araşdırmasına görə, bu Osman İmperiyasının tərkibinə daxil olan yunanların bir hissəsinə, bolgarlara, serblərə və digər pravoslav xalqlara aiddir.  Osmanlı xaricində qalan digər xalqlar isə, örnəyin Orta Əsrlərdə Müqəddəs Roma İmperiyası ərazisində yaşayan xalqlar, katolik dinini qəbul etməyə məcbur qalmışdılar və Osmanlı xaricində qalan pravoslav kilsələrin və abidələrinin hamısı məhv edilmişdir. Yüzlərlə günümüzə qədər qorunub saxlanılmış pravoslav kilsələrin hamısı Osman İmperiyasının sayəsindədir!

Hüseynovun firkincə, Türklər 1453-ci ildə Konstantinopolu alana qədər Bizans dövlətinin elitasında bir sıra önəmli hadisələr baş vermişdir. Bizanslıların bəziləri katoliklərin tərəfinə keçmişdir. Katoliklər və pravoslavlar arasında parçalanma hadisəsi 1054-cü ildə məhz Ayasofya məbədində baş vermişdi və 1204-cü ildə Xaç Yürüşlərinin nəticəsində katoliklərin Ayasofyanı dağıdılmasə və qarəti i tamamlanmışdır. Nəticədə Konstantinopol katoliklərə 1453-cü ilədək tabe olmuşdur. XIII–XV əsrlər Konstantinopol tədricən Batı Avropa siyasətinin, ticarət siyasətinin ”far postuna” və təbii ki,  katolikliyin füğyan etdiyi regiona  çevrilmişdir. 1453-cü ilin mayında Konstantinopolu almaq ərəfəsində artıq bəlli idi ki, bu şəhər batacaq, həmin dövrdə Güney Avropanın və Batı Avropanın katolik ticarət magnatlarının əlində oyuncaq olan Bizans İmperiyası onların tam hökmranlığına keçəcəkdir. Şəhər onsuzda faktiki olaraq onların əlində idi, Konstantinopolun müstəqilliyi təkçə sözdə qalmışdı, özgürlüyün təkçə adı vardı, özü yox idi. Hüseynovun qənayətinə görə, bu təhlükənin bütün ciddiliyini dərk edən Osmanlılar əks hücuma keçməyə qərar verdilər, şəhəri almağa nail oldular və nə qədər qəribə səslənsə də pravoslavlığı xilas etdilər!

Yuxarıda qeyd etdiyimiz kimi, Osmanlı Konstantinopol patriarxına, pravoslav kilsəsinə yüksək status qaytardı. Pravoslav kilsəsinin öz qanunları vardı və Osmanlının dayağı sayəsində Konstantinopol alınandan sonra sonrakı əsrlərdə heç kim Pravoslav kilsəsinin qanunlarını poza bilməzdi, daxili işlərinə qarışa bilməzdi. Osmanlı İmperiyasının qürubunu da həmin Katolik dinə mənsub Batı (Qərbi) Avropa dövlətlərinin əli ilə yaranmışdır. Həmçinin Protestant dinli dövlətlər də bu siyasətdə iştirak edirdilər, çünki onlar 1648- ci il Vestfalya Sülh Müqaviləsindən sonra Roma İmperiyasının Batı Avropa hökmdarlarına aydın şəkildə özünün Yaxın Doğuya, Quzey Afrikaya, Aralıq Dənizi ətrafı ölkələrə və Anadolu regionlarına genişlənmək layihəsini təqdim etmiş və birgə uğurla həyata keçirmişdilər. Bu plana əsasən XVII əsrin sonlarından başlayaraq, bütün XVIII əsr boyunca və XX əsrin başlarına qədər onlar birlikdə Osmanlı dövlətinə qarşı hərəkət edirdilər, hücumlar edirdilər və Osmanlı dövləti zaman-zaman öz torpaqlarını və əhəmiyyətini itirirdi. Avropa dövlətlərinin bu Katolik İttifaqına həmçinin gənc Rusiya çarlığı qoşuldu, yəni öncə Moskva çarlığı, sonra Çar Rusiyası, və təbii ki, Osmanlı dövlətinin zəifləməsi nəticəsində müdrik tərpənən, böyük mütəfəkkir, böyük öndər Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini qurmuşdur və özünün ən böyük addımlarından birini atmışdır – Ayasofyanı muzeyə çevirmişdir və bununla ona bir növ neytral mövqe vermişdir.

REPORT THIS AD

Mən də tarixçi Rizvan Hüseynovla eyni fikirdəyəm ki, indi biz bu tarixi hadisənin şahidi oluruq ki, Türkiyə dövlətinin mövcud hakimiyyəti yeni ”neo-Osman layihəsini” həyata keçirməyə çalışırlar (buna əmin olmasaq belə bu cür qənayətə gəlirik) və Ayasofyanın ictimayyətinin xidmətinə cami olaraq açılmasını tarixin təkrar olunması və bu bütöv siyasətdə növbəti dalğa kimi qiymətləndirə bilərik. Yəni tarixi hadisələlər dövrü olaraq təkrarlanır və hal-hazırda  Batı Avropada həmin dini Birlik mövcud deyildir, Türkiyənin həmin layihəsinə qarşı duracaq qüvvələr yoxdur. Türkiyə Suriyada, İraqda və Liviyada fəal siyasət aparır, mümkündür yaxın zamanda  Türkiyənin  Qırmızı Dənizdə, Yeməndə aktiv siyasi hərakatına, hərbi siyasətinə şahid olacayıq. Ola bilər ki, Türkiyə hakimiyyəti Misirlə müharibəyə başlasın. 1217-ci ildə beşinci Səlib yürüşü başlamışdı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi. Səlibçilər 1219-cu  ildə Dimyat şəhərini ələ keçirsələr də, uğurun davamı gəlməmişdi və nəhayət 1221-ci ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində qalmışdılar. 1228-ci ildə yeni səfər başlamışdı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq edirdi. Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı əl-Məlikul-Kamil ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə sahib oldu. Ancaq bu dəfə Qüds cəmi on beş il səlibçilərin (xaçlıların) əlində qaldı. 1244-cü ildə Misirlilər şəhərə yenidən sahib çıxdılar. Beləliklə daha bir səfər uğursuz sona yetdi.  Yeddinci Səlib Yürüşü 1249-cu ildə Misir üzərinə hücumla başladı. Xaçlılara Fransa kralı IX (Müqəddəs) Lüdoviq başçılıq edirdi. Əsgərlərin demək olar ki, hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları blokadaya alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da əsir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa çatmışdı.

Bəlkə Türkiyə hakimiyyəti  Səudi Ərəbistanla da müharibəyə, bir növ proxy (proksi) müharibəyə başlasın – bu əlbəttə çox arzu olunmaz haldır. Proxy müharibə, yəni özünə bu məsələdə səlahiyyət verməklə, özünün bir başa səbəbi olmadan- başqaların haqlarını müdafiə etmək üçün aparılan müharibəyə deyilir. Yəni bir başa müharibə deyil, muzdlu əsgərlərin, muzdlu hərbi qüvvələrin vasitəsi ilə aparılan müharibə. Batı Avropa blokunda vəziyyət,  yəni həmin əski Venesiya, Genuya xalqlarının blokunda vəziyyət elədir ki, onlar indi müqavimət göstərə bilmirlər. Nə də Yunanistan müqavimət göstərə bilir. Heç Fransa da hələki Türkiyənin Aralıq dənizi və ya Qara dəniz regionlarda apardığı siyasətin qarşısını ala bilmir. Hələki, hal-hazırda.

Araşdırmaçı Hüseynovla eyni fikirdəyəm ki, Ərdoğan hakimiyyətində Türkiyə siyasətini yaxından izlədikdə görürük ki, onun siyasəti keçmiş Osmanlı İmperatorluğunun əhatə etdiyi əraziləri kəsb edir. Bu məsələdə Rusiya dövləti bir növ neytral mövqey tutur, sanki bu qonuda Türkiyə ilə münaqişə istəmir. ABŞ dövlətləri bəzən neytral mövqe tutur, bəzən isə Türkiyəyə hərbi siyasətində dəstək verir.  Böyük Britaniya susaraq dəstək verir. Əlbəttə hər dövlətin bir aktor olaraq öz maraqları var. Türkiyə bu planlarını həyata keçirə biləcək ya bilməyəcək hələ ayrı qonudur, həyata keçirəndən sonra əldə etdiyi nəticələri saxlaya biləcəkmi və ya nə qədər saxlaya biləcək o da ayrı qonudur.

Hər halda Türkiyə hakimiyyətinin bu gün aktual olan mövzusu, yəni Ayasofyanın camiyə çevrilməsi, həmin Batı ölkələrinə, keçmişdə Xaç yürüşlərini aparan xalqlara (hansılar ki, biz türklərin ulu ata babaları həm Türkiyə ərazisində həm Azərbaycanda Atabeylər, Selcüklər dəf edib Avropaya geri göndərə bilmişdilər) bir başa cavab deməkdir. Bu olanlara mesaj deməkdir.  Bəli, Qüdsü xilas edənlər biz Azərbaycan türklərinin ulu ata-babalarından olublar. Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin soltanı və Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi (1138 -1193), Türk dünyasının böyük ideoloqlarından olan əslən Qərbi Azərbaycandan olan Zəngilər sülaləsindən olan hökmdar, atabəy Nurəddin Mahmud Zəngi, və 12 ci – 13 cü əsrlərdə onlarla başqa böyük siyasi xadimlər və sərkərdələr sayəsində Xaç yürüşlərinin qarşını alınmışdır, onlara son qoyulmuşdur.

Və göründüyü kimi, siyasi müstəvidə indi yeni bir mərhələdir, görünür rəsmi Türkiyə  bu layihəni yenidən həyata keçirməkdə özünü borclu bilir və ya davam etdirmək fikrindədirlər.  İndi də onlar Batı Avropanın Yaxın Şərqdə, Aralıq Dənizi regionunda, Kiçik Asiyada (Anadoluda) müdaxiləsinə son qoymaq istəyir. Hər halda Ayasofyanın muzeydən camiyə çevrilməsi bir siyasi oyundur, bu bir ciddi mesajdır. Bu mesaj nələrə mail olacaq yaxın gələcəkdə yəqin ki, görəcəyik. Ümid edirik ki, bu addımla regionlarımızda barış (sülh) təhlükəyə atılmayacaqdır.

Hər halda soydaşlarımız bu mövzuda diqqətli olmalıdırlar və bilib-bilmədən Türkiyə hakimiyyətinin bu addımını yarqılamamalıdırlar.

 

İstinadlar və mənbələr:

Rizvan Hüseynov. Niyə indi Aya Sofya? Facebook üzrə mulahizə. https://www.facebook.com/rizvan.guseynov/videos/10220022201016720/?lst=719089799%3A1574481837%3A1594499378

Ayasofya-i Kebir Camii. muze.gov.tr. Erişim tarihi: 10 Temmuz 2020.

Bordewich, Fergus M.,”A Monumental Struggle to Preserve Hagia Sophia”Smithsonian magazine, December 2008

Səlahəddin Əyyubi hakkında geniş bilgi  (türk.)

https://az.wikipedia.org/wiki/Nur%C9%99ddin_Mahmud_Z%C9%99ngi


Комментарии: