25 апреля 2023 г.


Tv Musavat



Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-keçid məntəqəsində yüklərlə yanaşı, pasport yoxlanışını da həyata keçiriləcək. Bu iddia ilə Ermənistan mediası çıxış edib. 

“Hraparak” nəşri yazır ki, hələ bir neçə ay öncə Laçın yolunda rentgen cihazlarının quraşdırılması ilə bağlı Bakının istəyi qəbul olunmuşdu: “Məqsəd üç tondan artıq yüklərin daşınmasının qarşısını almaq idi. Bundan sonra baqajların yoxlanılması həyata keçirilirdi. Azərbaycan tərəfi prosesi onlayn rejimdə izləyirdi. Artıq nəzarət-keçid məntəqəsi qurdular.

Bu məntəqədə təkcə yük maşınlarının yoxlanılması yox, həm də pasportların yoxlanılması da həyata keçiriləcək və bunu birbaşa azərbaycanlı hərbçilər edəcəklər. Bu o deməkdir ki, Qarabağdakı erməni əhalisi ya ərazini tərk edəcəklər, ya da Azərbaycanın istədiyini qəbul edəcəklər. Bu, yaxın aylarda baş verəcək”, - nəşr yazır.


Комментарии: