5 ноября 2020 г.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad edir. Biz UNESCO nəzdində “Günəşin axtarışında” beynəlxalq işçi qrupunun fəaliyyətinin davamı olaraq işğaldan azad olunan torpaqlarımızda yerləşən və erməni vandalizminə məruz qalmış abidələrimizin öyrənilməsini planlaşdırırıq. İlkin olaraq cənub istiqamətində - Azıx mağarası, Ağoğlan kilsəsi, Xudafərin körpüsü və digər abidələr üzrə araşdırmalar aparılması nəzərdə tutulur. Buradakı abidələrin vəziyyəti öyrəniləcək, qiymətləndiriləcək. Dağıntıya və dəyişikliyə məruz qalan abidələrə qiymət verilərkən UNESCO-nun hüquqi bazası tətbiq olunacaq”, – deyə Rizvan Hüseynov qeyd edib

İşğaldan azad olunan ərazilərimizdə tarixi-mədəni abidələrimizin vəziyyəti tam öyrənilməlidir. Çünki ermənilər həmin yerlərdəki abidələrimizi öz adlarına çıxıblar, dağıdıblar, dağıda bilmədikləri isə baxımsız qalıb. Ərazilərimiz işğaldan azad olunduqdan sonra buradakı abidələrin bərpası da aktual məsələlərdəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov deyib. O məlumat verib ki, bununla bağlı əməkdaşı olduğu institutda müəyyən işlər görülüb, 2018-ci ildə “Günəşin axtarışında” işçi qrupu yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir. Ötən iki il ərzində Azərbaycanın sərhəd bölgələrindəki ərazilərində yerləşən abidələrin vəziyyəti ilə bağlı məlumatlar toplanıb. Məlumatlar əsasında UNESCO səviyyəsində film də çəkilib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad edir. Biz işçi qrupunun fəaliyyətinin davamı olaraq işğaldan azad olunan torpaqlarımızda yerləşən və erməni vandalizminə məruz qalmış abidələrimizin öyrənilməsini planlaşdırırıq. İlkin olaraq cənub istiqamətində - Azıx mağarası, Ağoğlan kilsəsi, Xudafərin körpüsü və digər abidələr üzrə araşdırmalar aparılması nəzərdə tutulur. Buradakı abidələrin vəziyyəti öyrəniləcək, qiymətləndiriləcək. Dağıntıya və dəyişikliyə məruz qalan abidələrə qiymət verilərkən UNESCO-nun hüquqi bazası tətbiq olunacaq”, – deyə Rizvan Hüseynov qeyd edib.


Комментарии: