1 июня 2018 г.



"Elmi Araşdırmalar" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İRƏVAN: xatirələr və etiraflar” adlı  qısa metrajlı filmin çəkilişlərinə start verib.

“Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə İrəvanın Ermənistana güzəştə getməsinin 100-cü ildönümünə həsr edilmiş  “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilişinə başladı.

Bu barədə ekskluziv açıqlamasında layihə rəhbəri Telman Qasımov  məlumat verib. Onun sözlərinə görə, 100 il öncə  İrəvan şəhərinin tarixi, mədəniyyət abidələri, ziyallıları və müsəlman türk əhalisinin demoqrafik vəziyyəti kəskin dəyişməyə və vandalizmə məruz qaldı: “Bir əsrdə İrəvan, şübhəsiz ki, dəyişdi. Amma onu dəyişdirən zaman, illər yox, bu şəhəri Azərbaycandan güzəşt almış ermənilər oldu. Onlar nələri bacardılarsa, məhv etdilər, yer üzündən sildilər, nələri bacarmadılarsa, adlarını dəyişdirdilər və bu yolnan insanlara unutdurmağa çalışdılar. Bu gün, 100 il sonra artıq İrəvan yox, Yerevan var. Yalnız xəritədə. tarixdə, yaddaşlarda isə İrəvan yaşayır.

İndi Yerevanda qədim İrəvanı adlarda, abidələrdə, küçələrdə, hər daşda və öz varlıqlarında yaşadan azərbaycanlılar da yoxdur. Amma bu gün Yerevanda ermənilər var. “İrəvan” sözünü əbədi silmək istəyən, lakin buna gücü çatmayan ermənilər”.

Qeyd edək ki, filmin çəkilməsinin məqsədi həqiqətin etirafı – yalanın ifşasıdır. Bu filmdə insanlar danışacaqlar: azərbaycanlılar və ermənilər. Azərbaycanlılar İrəvan şəhəri haqqında xatirələrini, ermənilər isə, bəlkə heç özləri də bilmədən, etiraflar edəcəklər.


Комментарии: