10 марта 2023 г.


1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası xalqımızın başına gətirilən faciələrin yeni bir mərhələsi idi. Əslində azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və sürgün, mədəniyyətimizi, mənəviyyatımızı, abidələrimizi dağıtma siyasəti hələ 19-cu əsrdə Çar Rusiyasının dövründə başlayıb.

Bu sözləri Axar.az-a SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci ildə qəbul etdiyi 754 nömrəli Qərar haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Mütəxəssis qeyd edib ki, sözügedən qərar SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı Qәrarına әlavә olaraq qəbul edilib:

“İrəvan və ətrafından Azərbaycan türklərinin, eyni zamanda digər etnik azlıqları köçürülməsilə tədricən demoqrafik nisbət ermənilərin xeyrinə dəyişdi. Məsələn, 19-cu əsrin əvvəlində ermənilərin sayı ümumi əhalinin maksimum 15%-ni təşkil edib. 1948-1953-cü illərdə Stalinin birbaşa göstərişi və Anastas Mikoyanın ideoloji dəstəyi ilə həyata keçirilən deportasiya ilə bu nisbət tam əksinə dəyişdi. Bəhanə kimi Azərbaycan xalqının Türkiyə ilə qardaş olmasını, Soyuq müharibəni, Türkiyənin NATO blokuna yönəlməsini göstərirdilər. Mikoyan bu fikirləri Stalinin beyninə saldı və Türkiyə ilə sərhəddəki ərazidə və ümumiyyətlə Ermənistan SSR-də türk elementlərinin yaşamasının təhlükəli olduğunu hər addımda təkrarladı. Dağlıq ərazidə yaşamağa uyğunlaşmış əhali Kür-Araz ovalığına köçürüldü. Nəticədə xəstəliklər yayılmağa başladı və deportasiya olunan əhali arasında kütləvi ölümlər baş verdi. Əhalinin minimum ehtiyacları da qarşılanmadı. Ən həssas təbəqə hesab edilən qadın və uşaqlar, yaşlılar deportasiyadan çox əziyyət çəkdi. Həm keçmişimizi, həm də gələcəyimizi məhv etdilər. Erməni faşistləri öz xain planlarından, düşmənçilikdən əl çəkmədi və 1980-ci illərin sonunda bütün soydaşlarımız öz ata-baba yurdlarından zorla çıxarıldı, evlərimiz, tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və sonraki dövrdə yaşadığımız faciələrin əsası qoyuldu”.

Qeyd edək ki, birbaşa Stalinin göstərişi ilə qəbul edilən qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub.


Комментарии: