23 октября 2018 г.



В Армении проходят мероприятия, приуроченные к так называемому "2800-летию" Еревана. Вследствие неосведомленности и "открытий" лжеисториков, армяне продолжают наивно верить и утверждать, что их столица якобы древнее Рима. 
Накануне в Армении отметили День города, так называемый юбилей -  2800 лет со дня основания Еревана. Открытая в 1950 г. армянскими археологами надпись о сооружении в VIII до н.э. вблизи современного Еревана урартской крепости Ирпуни, стала основанием для властей Армянской ССР отпраздновать в 1968 г. так называемый день основания Еревана. Однако, по мнению большинства историков, нынешняя столица Армении к урартской крепости, языку и культуре народа, населявшего Урарту, не имеет никакого отношения. На сегодняшний день в этом городе не осталось ни одного историко-архитектурного памятника, имеющего возраст более 200 лет, за исключением единственной мечети. Армянская сторона, избегая правды, отказывается участвовать в любых исследованиях, нацеленных на возвращение исторической истины – принадлежности города тюркам. Она также не желает поддержать дискуссию, поднятую Азербайджаном относительно уничтоженного средневекового азербайджанского архитектурного наследия Еревана.
Этот вопрос в репортаже телеканала СВС комментирует директор Центра истории Кавказа, Ризван Гусейнов.



                                                  


“Ermənilər həmişə olduğu kimi, yenə də tarixi saxtalaşdırmaqla məşğuldurlar. Yerevanın əsasının qoyulmasının guya 2800 illiyinin təntənəli qeyd edilməsi onların növbəti yalanından xəbər verir”. AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarixçi-alim Qasım Hacıyev CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, ermənilərin İrəvan şəhərini qədim Erebuni adlandırması özü cəfəngdir. İrəvan Rəvanqulu xanın XVI əsrdə qaya üzərində tikdirdiyi böyük İrəvan qalasından ibarət olub.

“Və onun ətrafında yaşayış məskəni olan İrəvan Azərbaycan türklərinin qədimdən yaşadığı, orta əsrlərdə böyük bir kənd olan yaşayış ərazisidir. İndi görün ermənilər nəylə məşğuldurlar. Həm əvvəla, Azərbaycan xalqına məxsus olan bu qalanı, şəhəri, əraziləri erməni xalqına məxsus ərazi kimi təqdim edirlər. İkinci böyük saxtakarlıq da odur ki, son orta əsrlərdə yaranmış qalanı qədimləşdirərək, qədim Erebuni qalası kimi təqdim edirlər”.

Tarixçilər deyirlər ki, saxtakarlığa, yalana əl atan ermənilər İrəvan ərazisində Azərbaycana aid tarixi memarlıq abidələri, maddi-mədəni irsi yerlə-yeksan ediblər. İrəvan mahalında 200-ə qədər kəndi xaraba qoyublar, toponimləri dəyişiblər. Bu dağıntılar nəticəsində vaxtilə şəhərin şöhrətinə çevrilən qalaların, sarayların, hamamların, məscidlərin, karvansarayların izləri tamamilə silinib.

Tarixçi Rizvan Hüseynovun sözlərinə görə,  məhz bundan sonra uydurma Erebuni şəhəri haqqında bir nağıl ortalığa çıxıb: “1950-60-cı illərdə qazıntılar nəticəsində, İrəvanın özündə yox, İrəvandan xeyli kənarda qədim urartu mədəniyyətinə aid olan bir qala tikilinin qalıqları tapıldı. Yəni, qalıq deyəndə ki, burada fundamentdə bəzi daşlar qalmışdı. Tikilinin nə forması, nə təyinatı indiyədək konkret bilinmir. Və erməni tərəfi guya bunu sıfırdan bərpa edib, əslindəsə təzədən tikib, bütün dünyaya təqdim etmək istəyir ki, baxın, biz qədim bir şəhər tapmışıq”.

Tarixçi Rizvan Hüseynovun sözlərinə görə, bəzi erməni tarixçi alimləri İrəvanın Ermənistana deyil, məhz Azərbaycana məxsus olduğunu etiraf edirlər.

“Məsələn, Filipp Ekozyans adlı bir erməni alimi çox maraqlı tədqiqat aparıb. Və sübut edib ki, bizə qədim Erebuni kimi təqdim edilən bütün dəlillər, əşyalar, daş üstə yazılar hamısı saxtadır. Heç birinin orijinalı yoxdur və müasir dövrdə uydurulub. Bundan əlavə, bir sıra alim, xüsusən də, rus memarları bu haqda böyük tənqidi yazılar yazıblar və sübut edirlər ki, İrəvan Azərbaycan şəhəridir”.

Azərbaycan dövləti tərəfindən də bununla bağlı bir sıra işlər görülür, tədqiqatlar aparılır, həqiqətlər üzə çıxarılır. İrəvanın Azərbaycana məxsus olmasından və ermənilərin uzun illərdir bunu gizlətməyə çalışmasından bəhs edilən kitablar yazılır, filmlər çəkilir, layihələr həyata keçirilir.

Комментарии: