6 июня 2023 г.



Rizvan HÜSEYNOV,

hərbi-siyasi şərhçi

– İndiki mərhələdə Ermənistanın Türkiyə və Azərbaycanla münasi­bətlərinin normallaşması əslində, daşnaklar və revanşistlər üçün ən böyük təhdiddir. Çünki “Daşnaksüt­yun” partiyasının yaradılmasının əsas məqsədi türklərə qarşı daim qırğınlar törətməkdir. Əgər bunu etməsələr, onlar siyasi arenadan getməlidir. Türkiyə və Azərbaycanla münasibətlər düzəlsə, belə deyək, zərbə altında ilk qalan daşnaklar olacaq. Erməni kilsəsinin vuran əli onlardır. Kilsənin başqa gücü yox­dur. Diasporun başlıca zərbə qüvvə­sini daşnaklar təşkil edir. Paşinyan bunu çox yaxşı bilir. Başa düşür ki, daşnakları sıxıb Ermənistanda onla­rın fəaliyyətinə qadağa qoysa, bu­nunla xaricdən uzanan bəzi əlləri də kəsmiş olacaq.

Yay ayları ərzində müxtəlif səviy­yələrdə intensiv Ermənistan-Azər­baycan danışıqları olacaq. Artıq Türkiyədə prezident seçkiləri başa çatıb. Rəcəb Tayyib Ərdoğanın qələbəsindən sonra Türkiyə də ak­tiv fazaya başlayır. Eyni zamanda Ankara bütövlükdə regionda gedən proseslərdə fəal rol oynayacaq. Bu mərhələdə Paşinyan revanşistlərin, daşnakların qarşısını alsa, deməli, sülhün və sabitliyin bərqərar olması üçün ciddi maneə qalmayacaq.

Səxavət HƏMİD, “Xalq qəzeti”

https://xalqqazeti.az/siyaset/129866-hay-xisleti-normal-jeste-anormal-reaksiya

Комментарии: