Ризван Гусейнов: Украина, Зангезурский коридор и развитие событий в регионе - ВИДЕО
Ризван Гусейнов: Украина, Зангезурский коридор, и развитие событий в регионе
Телеграм канал Ризвана - https://t.me/RH_inside
ЧИТАТЬ ПОЛНОСТЬЮНа Azeri.Today стартовал долгожданный телепроект авторской передачи «Упреки истории» с Ризваном Гусейновым . Подробно представлят...
Ризван Гусейнов: Украина, Зангезурский коридор, и развитие событий в регионе
Телеграм канал Ризвана - https://t.me/RH_inside
ЧИТАТЬ ПОЛНОСТЬЮПрезидент Азербайджана Ильхам Алиев переиграл европейские и другие центры, выступив гарантом сближения и примирения руководителей Израиля и Турции.
Об этом директор Центра истории Кавказа, автор монографии «Азербайджан и армянский вопрос на Кавказе» Ризван Гусейнов заявил в интервью YouTube-каналу Расима Бабаева - «Modern Talking - Современный Разговор».
«Именно Ильхаму Алиеву принадлежит ключевая роль в том, что получилось примирить руководства Турции и Израиля. Президент Азербайджана является гарантом того, что произошло, и он сделал то, что оказалось не под силу ни европейским, ни другим центрам», - подчеркнул историк, комментируя прошедшую на минувшей неделе встречу президентов Турции и Израиля Реджепа Тайипа Эрдогана и Ицхака Герцога.
Ризван Гусейнов также выразил свое отношение к подписанному 11 марта в Баку двустороннему азербайджано-иранскому Меморандуму о взаимопонимании (MoU) между правительствами двух государств о создании на территории Ирана новой транспортной артерии, соединяющей Восточно-Зангезурский экономический регион Азербайджанской Республики и другую составную часть нашего государства - Нахчыванскую Автономную Республику
«Это событие значительно повлияет на ту архитектуру геополитики, которая сложилась в регионе после исторической победы Азербайджана в 44-дневной Отечественной войне. Это также повлияет и на архитектуру договоренностей, которые позволяют выстраивать новую безопасность, стабильность и процветание в нашем регионе. Я имею в виду подписанную недавно договоренность между Азербайджаном и Ираном о строительстве транспортного пути, железнодорожного и автомобильного, по иранской территории, которая соединит Азербайджан с Турцией через Нахчыван», - сказал директор Центра истории Кавказа.
По его словам, подписанный документ перечеркивает план по строительству этого коридора через территорию Армении, «через Зангезур».
«И снимает с Азербайджана целый ряд обязательств, которые он взял на себя и терпеливо выполнял с надеждой, что армянская сторона примет все условия, и Зангезурский коридор объединит большое количество стран, начиная от Китая и вплоть до Средиземного моря через Кавказ.
Но Армения сама себя лишила этого проекта, а значит и Азербайджан, который теперь будет с Ираном реализовать этот транспортный проект, по территории Ирана пройдет этот 40-километровый отрезок пути и затем зайдет в Нахчыван и далее в Турцию», - сказал Гусейнов.
«И Азербайджан с себя снимает часть тех обязательств, которые взял по вопросам в Карабахе, по состоянию карабахских армян и их проживанию. И, естественно, снимает с себя ряд обязательств и Россия, потому что Азербайджан терпеливо относился к различного рода выходкам армянской стороны, с пониманием относился к функционированию Лачинского коридора в надежде, что в перспективе будет Зангезурский коридор, который будет приносить прибыль всем. В первую очередь, Армении. Что у Армении появится какой-то вес в нашем регионе», - заявил директор Центра истории Кавказа, автор монографии «Азербайджан и армянский вопрос на Кавказе» Ризван Гусейнов в интервью YouTube-каналу Расима Бабаева - «Modern Talking - Современный Разговор».
Директор Центра истории Кавказа Ризван Гусейнов
В ЭФИРЕ ЮТУБ-КАНАЛА PRIME TV С РИЗВАНОМ ГУСЕЙНОВЫМ
Qarabağda vəziyyətin dəyişə biləcəyi əslində gözlənilirdi. Bununla bağlı gözləntilər var idi. Çünki Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qarabağda müvəqqəti olan rus sülhməramlı missiyasının fəaliyyətində bəzi dəyişikliklər baş vermişdi. Sözsüz ki, erməni separatçılarının da hərəkətlərində, davranışlarında müəyyən dəyişikliklər müşahidə olunurdu. Yəni, nəzər-diqqət Ukrayna olduğu üçün rus hərbi maşını əsas gücünü ora yönəldib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynada gedən müharibəni planlaşdıran əsas hərbi mərkəzdir. Qarabağdakı sülhməramlılar da birbaşa həmin Baş Qərargaha tabedir.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, ehtiyatda olan kapitan Rizvan Hüseynov bildirib.
Onun sözlərinə görə, son həftələrdə gördüyümüz, eşitdiyimiz xəbərlərdən bəlli olur ki, rus sülhməramlılarının bir qismi Laçın dəhlizi vasitəsilə Ermənistana köçürülüb, oradan isə Ukraynadakı döyüşlərə qatılıblar: “Bu, təkcə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə aid deyil. Xaricdəki bir çox nöqtələrdə buna bənzər missiyalardakı rus kontingentinin bir qismi Ukraynaya səfərbər olunub. Gözlənilirdi ki, burada bəzi dəyişikliklər də baş verəcək. Belə bir məlumat da var ki, sülhməramlıların bütün postlarda xidmət aparması çətinləşib. Yəni, bir qismi Ukraynaya getdiyi üçün əvəzində erməni separatçıları arasında formanı geyinib rus sülhməramlıları ilə birgə belə deyək, partul xidməti aparmaq cəhdləri var. Sözsüz ki, Azərbaycan bunu bilirdi. İstər strateji əhəmiyyət daşıyan Xocalı rayonunun Pirlər (ermənilər Xramort deyir) kəndi, istər bu kəndin üzərindən keçən yoldan üzü aşağı – cənuba doğru Əsgərandır, sonra Xocalıdır, üzü yuxarıya doğru isə Ağdərədir. Yəni, prinsipial bir yoldur. Bu yol əslində müvəqqəti olaraq rus sülhməramlı missiyası ilə bizim azad olunmuş torpaqlar arasında müvəqqəti patrul aparılır. Burada rus sülhməramlı missiyasının rəhbəri general-mayor Andrey Volkovun özünü çox qəribə aparması, qəribə davranışı var. Bunu Azərbaycan tərəfi çoxdan bilir. Hətta Volkov əvvəldən, hələ bura gəlmədən ermənipərəst idi. Onlarla çox isti münasibətləri var idi. Belə bir qərəzli, tərəf olan adamın bu missiyaya təyin olunması böyük sual altındadır”.
Rizvan Hüseynov A.Volkovun vaxtilə atdığı səhv addım barədə də danışıb: “Biz bilirik ki, müharibə başa çatandan sonra – 2020-ci ilin dekabr ayında bir qrup erməni hərbçi Xocavənd rayonunun qərb tərəfində yerləşən Köhnə Tağlar və Çaylaqqala kəndində mühasirədə qalmışdı. Burada Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmişdi. Nəticədə xeyli terrorçu ələ keçirilmişdi. Həmin bu əməliyyat vaxtı o dövrdə rus sülhməramlı kontingenti komandanı Rüstəm Muradovun müavini Andrey Volkov gözlənilmədən zirehli döyüş-nəqliyyat maşını ilə əməliyyatın keçirildiyi əraziyə yaxınlaşıb. Tələb edib ki, əməliyyat dayandırılsın, bununla da öz çətin vəziyyətə düşən erməni dostlarına kömək etmək istəyib. Azərbaycan Ordusu çox gözəl davranışla Vokovu oradan uzaqlaşdırıb. Ona başa salınıb ki, ona aid olmayan məsələlərə müdaxilə etməsin. Yəqin ki, bu da onda inciklik doğurub. Bu rəzillik onun yadında qalıb. Üstəlik biz görürük və xəbərlər də yayılır ki, Volkovun sülhməramlıların məsuliyyət zonasında şəxsi iqtisadi maraqları yaranıb. Yəni, separatçılarla kənd təsərrüfatına, üzümçülüyə aid biznes qurub. Həmin Pirlər kəndi istiqamətində üzüm bağları, başqa biznes növləri var. Bəzi işlər aşırır. Sözsüz ki, bunlar hamısı rus sülhməramlı missiyasının fəaliyyətinə ləkə gətirir”.
Müsahibimiz bildirib ki, Azərbaycan tərəfinin səbrlə yanaşsa da Pirlər kəndi istiqamətində olan məsələlərə buna gec-tez reaksiya verəcəyi gözlənilirdi: “Burada yəqin ki, Volkovun əmri ilə, yaxud başqa bir göstərişlə xüsusi hərbi texniki üsulla hərbi təyinatlı müdafiə işləri görülüb. Bu da təbii ki, Azərbaycanı narazı salıb. Azərbaycanın ərazində kiminsə müdafiə təyinatlı tədbirlər görməsi ölkəmizi qane edə bilməz. Bunun qarşısını almaq üçün Azərbaycan ehtiyac olarsa əməliyyat keçirəcək. Biz bilirik ki, dünən də, bu gün də o istiqamətdə gərginlikdir, ümumiyyətlə bir neçə gündür gərginlik hökm sürür. Hətta yada salaq ki, Azərbaycan tərəfi hələ fevralın 26-da səsgücləndirici vasitəsilə Pirlər kəndinin sakinlərinə erməni dilində müraciət etmişdi. Bildirilmişdi ki, burada hərbi məqsədli heç bir qanunsuz işlər görülməsin, səngərlər qazılmasın. Yoxsa, Azərbaycan tərəfi tədbirlər görməyə məcbur olacaq. Bunun davamı olaraq biz bilirik ki, tədbirlər görülür və görüləcək. Hətta erməni Telegram-kanallarının yazdığına görə, bu kəndin əhalisi evakuasiya olunub və gərginlik davam edir. Burada yekun olaraq özümüz üçün hasil edə bilərik ki, Azərbaycan tərəfi dayanmadan, heç bir vaxtı unutmadan rus sülhməramlı missiyasının müvvəqəti nəzarətində olan ərazilərimizin təhlükəsizliyinin təmin olunmasını və ordan gələn təhlükələri nəzərə alır. Bizim üçün prinsipial məsələ Xocalı rayonu, Xocalı istiqamətidir. Düşmən tərəfi – başqa ad vermək olmur – öz beynində hansısa gizli və aşkar planlar hazırlayırsa, bilməlidir ki, bu planlar ona baha başa gələcək. Yəni, erməni tərəfinin hərəkətləri bu istiqamətdə davam etsə və rus sülhməramlı missiyası erməni tərəfinə dəstək verməyə davam etsə, yəqin etmək olar ki, üzümüzə gələn günlərdə Azərbaycan Ordusu daha sərt, ciddi addımlar atmağa məcbur olacaq”.
Müəllif: Səxavət Həmid
ЧИТАТЬ ПОЛНОСТЬЮВ ЭФИРЕ ЮТУБ-КАНАЛА PRIME TV С РИЗВАНОМ ГУСЕЙНОВЫМ
Ukrayna böhranı böyük bir tələdir və Rusiya tərəfi bu tələyə düşdü. Düzdür, bəzi ekspertlər deyirlər ki, Rusiyanı bu tələyə Qərb, yaxud hansısa digər qüvvə salıb. Fakt odur ki, Rusiya hazırda çox çətin dönəmdədir.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, ehtiyatda olan kapitan, politoloq Rizvan Hüseynov bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiya üçün xoraya (sağalmaz yara) çevrilib. Ötən 8 il ərzində Rusiya bu məsələnin siyasi-diplomatik həllini tapa bilmədi: “Nəticə etibarilə blitskriqə (ildırımsürətli müharibə) əl atdı. Təxmini plana görə, Rusiya iki günə Ukraynanın paytaxtı Kiyevi və əsas şəhərlərindən biri olan Xarkovu almalı idi. Bilirsiniz ki, Xarkov 1919-1934-cü illərdə mövcud olan müstəqil Ukrayna Xalq Sovetlər Respublikasının ilk paytaxtı olub. Bunun çox böyük rəmzi mənası var. Yəqin ki, Rusiyanın qarşısına qoyduğu hədəf Ukrayna hakimiyyətini dəyişmək idi. Yaxud, ikinci versiya Xarkov şəhərini alandan sonra burada özünə uyğun rəhbər heyət təyin etməli idi. Xarkovda yerləşən idarəetmə birbaşa Kiyevlə mübarizəyə girməli idi. Yəni, Rusiyada bu işi üçüncü tərəfin əli ilə tamamlamağı düşünürdülər. Amma Ukrayna xalqı təxmin edildiyi kimi bu işi gül-çiçəklə qarşılamadı. Ukrayna məsələsində Rusiyanın ən böyük səhvi bu oldu”.
Rizvan Hüseynov bildirib ki, bu zaman biz yuxarıda qeyd edilən tələnin siyasi tərəfi ilə yanaşı hərbi tərəfini gördük:
“Faktiki olaraq çox bəsit taktika ilə rus ordusunu çətin vəziyyətə saldılar. Yəni, ilk iki gün ərzində geri çəkilərək rus ordusuna tam imkan verdilər ki, Ukrayna ərazisinə maksimum daxil olsun. İki gündən sonra isə Ukrayna ordusu geri çəkilərək rus ordusuna ağır zərbə vurmağa başladı. Bu hərbdə, hərb elmində standart üsuldur. Yalandan geri çəkilərək, yaxud müqavimət göstərmədən qarşı tərəfə imkan yaradırsan ki, maksimum içərilərə doğru yerisin və təchizatdan uzaq qalsın. Nəzərə almaq lazımdır ki, qışdır. Heç də sərt qış deyil ki, buz olsun və buzun üzərində ağır texnika, silah-sursat, hərbçilərin qidası, yanacaq-sürtkü materialları olmadan heç bir ordu irəli gedə bilməz. Rus ordusu ilk günlərdə qabağa irəliləyərək faktiki olaraq bu tələyə düşdü. İkinci üsul kəşfiyyat-diversiya qruplarından istifad etmək idi. Onlar da çox irəli gedərək Belarus-Ukrayna sərhədindən Kiyev ətrafına, şəhərin özünə sızdılar. Ancaq bu taktika da uğur gətirmədi. Çünki bir var kəşfiyyat-diversiya qrupları kəndlərdə, yaxud boşaldılmış şəhərlərdə işləsin və orada məsələn küçə döyüşlərinə qatılsın, bir də var 3-4 milyonluq şəhərdir, bu taktika orada qorxutmaqdan başqa heç bir məqsəd daşıya bilməz. Yəqin məqsəd o idi ki, Kiyev əhalisi, ölkə rəhbərliyi panikaya düşsün, qaçsın, ya hansısa formatda Rusiyanın tələbləri ilə razılaşsın”.
Hərbi ekspertin sözlərinə görə, ancaq artıq altıncı gündür biz görürük ki, həm Rusiya qarşıya qoyduğu məqsədlərə çata bilməyib, həm də psixoloji baxımdan gərgin durumdadır. Ancaq qarşı tərəf – Ukrayna istər ordu, istər xalq fədakarlıqla öz ölkəsini, öz azadlığını, müstəqilliyini qoruyur. Mən təxmin etmişdim ki, bu durum bir həftə, yaxud buna yaxın müddət ərzində davam edəcək, bundan sonra hansısa formada danışıqlar olmalıdır. Əsasən Rusiya tərəfi bu böhranlı vəziyyətdən çıxmağa çalışmalıdır. Ona görə ki, bu böhran daxili duruma da təsir edir və edəcək”.
Həmsöhbətimiz qarşıdan gələn günlərdəki gözləntilərdən danışıb: “Burada ən əlverişli variant odur ki, dünənki danışıqlarda hansısa nəticə əldə ediləydi. Ancaq heç nə əldə olunmadı. Hər iki tərəf ultimativ şəkildə öz tələblərini ortaya qoydu. Nə Rusiya, nə də Ukrayna tərəfinin tələbələri heç bir formada razılaşdırılmadı. Müzakirə predmeti də heç normal olmadı. Deməli, əfsuslar olsun ki, döyüşlər hələ davam edəcək. Ancaq yenə də təxmin etmək lazımdır ki, Rusiya iki-üç günə hansısa bir qərara gəlməlidir. Rusiyanın bu çətin vəziyyətdən necə çıxacağını nə biz deyə bilərik, nə də bəlkə hazırda bu qərarı qəbul edən şəxslər deyə bilər. Fakt odur ki, Ukrayna öz müstəqilliyini qorumağa layiqdir və qadirdir”.
Rizvan Hüseynov bildirib ki, burada bir məqama da diqqət yetirmək vacibdir: “Bəlkə Qərb ölkələri Ukraynanın duruş gətirə biləcəyini heç inanmırdılar. Fikir verin, müharibənin ilk günlərində Qərb ölkələri inanırdılar ki, Ukrayna çöküb, paytaxt əldən gedib, hakimiyyət itirilib. Ancaq bu müqaviməti görəndən sonra faktiki olaraq Avropa ölkələri və Qərb dünyasının başqa dövlətləri çox böyük hərbi və maddi, təchizat dəstəyi verməyə başladılar. Rusiyaya qarşı sanksiyalara hamısı birlikdə qoşuldu. Dünən axşam Ukrayna lideri Volodimir Zelenski Avropa İttifaqına üzvlüklə bağlı bəyannaməni imzaladı. Belə anlaşılır ki, müharibədən sonra zirzəmilərdən çıxan Ukrayna xalqı və dövləti Avropa İttifaqının bir parçası olacaq. Halbuki Kreml tərəfi düşünürdü ki, Ukrayna Rusiyanın yaratdığı SSRİ formatına bənzər formatın bir parçası olmalıdır. Ukrayna bu proyektdə açar rolunu oynayırdı. Yəni, hansısa formada SSRİ-2 layihəsinin işə düşməsi üçün mütləq Rusiya-Belarus-Ukrayna ittifaqı yaranmalı idi. Amma Ukrayna bu ittifaqı deyil, Avropa İttifaqını seçdi”.
Müəllif: Səxavət Həmid