3 сентября 2014 г.



“Dəyirmi masa”nın növbəti toplantısında internet məkanında erməniliklə fərdi qaydada mübarizə aparmaq imkanlarını araşdırdıq. Bu sahədə uzun müddətdən bəri fəaliyyət göstərən soydaşlarımızdan Rizvan Hüseynov, Azər Əfəndi və Babək Cəfərovla birlikdə.   
Fuad Babayev:
Xoş gəlmisiniz, dostlar!
Sizləri erməniliyi ifşa etmək üçün çalışan 1905.az portalının redaksiyasında görmək çox xoşdur. İlk növbədə ona görə ki, sizlər illərdən bəri şərti olaraq “İnternet cəbhəsi” adlandırılması mümkün olan meydanda mübarizə aparırsınız.  Həm də fərd olaraq çalışırsınız və heç bir təşkilat tərəfindən xüsusi olaraq dəstəklənmədən. Halbuki cəmiyyətdə belə bir təsəvvür var ki, erməniliklə mübarizə aparmaq üçün xüsusi şərait yaradılmalı, bu missiyanı həyata keçirənlərə maddi və mənəvi dəstək göstərilməlidir. Deyirlər ki, tək əldən səs çıxmaz. Lakin sizlər bunun əksini artıq sübut etmisiniz. Mən öyrənmək istərdim, hələ nə qədər belə tək mübarizə aparmaq əzmindəsiniz? Yoxsa artıq bu imkanları istismar edib qurtarmısınız və yeni resurlar tapmaq istəyirsiniz?


Rizvan Hüseynov: Maraqlı məsələ qaldırmısınız. Qeyd etdiyini mübarizə məsələsi elə bir mövzudur ki, burada ilk növbədə vərdişlər lazımdır. Psixoloji baxımdan sağlam olmalısan. Çünki düşmənlə mübarizəni elə qurmalı, elə şərhlər yazmalısan ki, səhərisi gün ona baxanda utanmayasan. Öz yaxşı cəhətlərini nümayiş etdirməlisən. Çünki həmin şərhləri oxuyanların 99 faizi kənar şəxslərdir. Bu gün biz nə qədər təkbaşına mübarizə aparsaq da, elə məsələlər var ki, onlara qarşı cəm şəklində mübarizə aparmalıyıq. Bəzi şeyləri biz öz qüvvəmiz hesabına görürük, hansısa materialları bir-birimizə yardım göstərərək yayırıq.


Amma elə hallar da var ki, konkret maliyyə tələb olunur. Sadə bir misal deyim. Biz bu qədər maraqlandığımız mövzularla bağlı İnternetə materiallar yükləmişik. Amma Google axtarış sistemi vasitəsilə axtarış verəndə birinci sırada ermənilərin materialları çıxır. Çünki onlar bunun üçün müəyyən vəsaitlər ödəyirlər, bizim isə belə bir imkanımız yoxdur. Ona görə də Vikipediya materialından sonra, erməni və yaxud rus müəlliflərinin materialları çıxır. Yeri gəlmişkən, Vikipediya da bizim yaralı yerlərimizdəndir.
Azər Əfəndi: İnformasiya müharibəsində uğur qazanmaq üçün iki şey lazımdır: birincisi istək, ikincisi isə maddi və mənəvi dəstək. Mən əvvəlcə mənəvi dəstək məsələsindən başlamaq istərdim. Mənəvi dəstək deyəndə, kiminsə tərifini nəzərdə tutmuram. Sadəcə olaraq hansısa tarixçi alimdən ala biləcəyim informasiya və ya faktı nəzərdə tuturam.  İstəkdən isə çox şey asılıdır. İstəyi olan insan əlində hansı işi olmasına baxmayaraq, həmin məsələ ilə yaxından məşğul olur. İstəkli şəxsi vətənpərvərlik hissindən başqa, həm də qarşısına qoyduğu məqsəd hərəkətə gətirir. Digər tərəfdən isə mübarizəni yalnız formallıq, hansısa forumlarda ermənilərlə deyişmək naminə aparırıqsa, heç bir maddi dəstəyə ehtiyac yoxdur. Amma müasir dövr informasiya müharibəsinin Google, YouTube və Vikipediyada aparılmasını tələb edir. Xüsusilə Vikipediyada biz çox uduzuruq. Həm də buradakı məqalələr problematikaya dərindən bələd olan çox məşhur erməni alimləri tərəfindən yazılıb. Məsələn, Vikipediyada “Azərbaycanda tarixin saxtalaşdırılması” bölümü var. Çox istərdim ki, Azərbaycanın peşəkar tarixçiləri buna tutarlı cavab versinlər və “Ermənilərin tarixi saxtalaşdırılması” bölümü yaradılsın. Bizim bir sıra dəyərli alimlərimizin əsərlərinin Vikipediyaya qoyulması da yaxşı olardı. Son dövrlərdə isə ermənilər YouTube-dən geniş istifadə edirlər. Buraya qoyulan videolar araşdırma video materialları, peşəkar səviyyədə montaj edilmiş filmlərdir. Əlbəttə, bütün bu filmlərdə faktlar həyasızcasına təhrif edilir. Düzdür, mən bunlara cavab verə bilərəm, amma bunun üçün mənə heç olmasa orta səviyyəli proqramçı lazımdır.
Babək Cəfərov: İnternetdə ermənilərlə mübarizə aparılması insanın içindən gələn bir hiss olmalıdır. İnternetdə mübarizə həm də bir axtarış işidir və bunun nəticəsində yeni materiallar aşkar etmək mümkündür. Mən daha çox fotolarla işləyirəm və bu axtarışlar zamanı aydın olar ki, gözümüz öyrəşənlərdən fərqli fotolar da yetərincədir. Əlbəttə problemlər də çoxdur. Elə saytlar var ki, oradan fotoların surətini çıxarmaq olmur. Yaxud təbliğatın effektli olması üçün bir çox hallarda kimdənsə məsləhət almağa ehtiyac duyursan. İrəvanda və Xankəndində vahid mərkəzdən idarə edilən, maliyyə yardımı göstərilən qurumlar var və çox vaxt təkbaşına, maliyyəsiz onlara qarşı mübarizə aparmaq olmur. Buna görə də gördüyümüz işdə bəzən sistemlilik çatmır. Komanda şəklində mübarizəni qursaq, daha böyük uğurlar qazanmaq mümkündür.
Fuad Babayev: Deməli, belə bir qənaətə gəlmək olar ki, artıq təkbaşına fəaliyyət effektli ola bilməz. Entuziazm, fərdi təəssübkeşlik, patriotizm, emosionallıq bu işi yalnız müəyyən həddə qədər apara bilər. Ola bilsin ki, bizdə də bu işlə məşğul olan təşkilatların sayı qarşı tərəfdə olduğundan az deyil. Bəlkə yeni təşkilatlar yaratmaqdansa, artıq mövcud olanları hərəkətə gətirmək lazımdır.
Rizvan Hüseynov: Bizdə əsas bəlalardan biri odur ki, təzə bir təşkilat yaratmaq istəyəndə köhnəni ləğv edirlər. Sanki hazır qabı başqa bir məqsəd üçün istifadə etməkdənsə, onu sındırmağa üstünlük verirlər. Hər dəfə də sıfırdan başlayırlar. Axı orada işləyənlər 5-10 il ərzində işləyib müəyyən təcrübə əldə etmiş və ətraflarına da müəyyən sayda insanlar toplamışdılar. Yeni yaradılan strukturlar isə, həm də yeni problemlər deməkdir. Məsələn, mən münaqişələrlə bağlı treninqlər keçirmək istəyirəm. Konfliktologiya ilə bağlı yazan jurnalistlər, müəlliflər dəvət olunub. Üçtərəfli layihədir. ABŞ və İsveçrənin dəstəyi ilə həm Azərbaycanda, həm də Ermənistanda keçirilir. Ermənistanda heç bir problem yoxdur, biz isə yer tapa bilmirik. Belə bir xırda məsələni həll etməyə xeyli zaman gedir. Yəni ən adi məsələlərin həllində böyük problemlər meydana çıxır. Hətta bəzən müəyyən tədbirlərdə mənə qüsur tuturlar ki, niyə ermənilərlə görüşürsən? Amma nəzərə almırlar ki, biz düşmənimizi daha yaxşı tanımalıyıq. Elə həmin tədbirlərdəcə mən o qədər informasiya toplayıram ki… Onların içərisində hansı proseslər gedir, hansı ziddiyyətlər var? Bu informasiya yalnız görüşlər zamanı toplanıla bilər. Məsələn, tədbirlərdən birində erməni tələbələr məndən soruşdular ki, Ermənistanda orta məktəblərdə erməni tarixi yalnız qədim dövrləri və XIX-XX əsrləri öyrənir, nə üçün? Cavab verirəm ki, çünki orta əsrlər müsəlmanların dövrüdür və bu sizinkilərə sərf etmir. Elə ona görə də İrəvanın tarixini də məktəblərdə keçmirlər. Ona görə indi gələn kimi də yazılarımda bütün gücümü orta əsrlər tarixinə vermişəm. Düşmənlə təmas onların zəif cəhətlərini tapmağa kömək edir. Onlar bizim öz torpaqlarımıza qayıdacağımıza da əmindirlər. Elə ermənilərlə İnternet forumlarda yazışmaq da onları tanımağa imkan verir.
Azər Əfəndi: Mən də belə hesab edirəm ki, yeni təşkilatlar yaratmaqdansa, əvvəlkilərin fəaliyyətini gücləndirmək lazımdır. Bəla isə doğrudan da ondadır ki, yalnız təşkilat deyil, həm də orada çalışanlar sıfırdan başlamağa məcbur olurlar. Ona görə də informasiya müharibəsində Ermənistan lobbisinin və Azərbaycan tərəfinin fəaliyyətini müqayisə etsək, görərik ki, fərq 100-ün 30-a nisbətindədir.
azer1 Erməniliklə virtual müharibədə fərdlərin iştirakı və yaxud tək əldən də səs çıxa bilər!


Əslində bu pis göstərici sayılmazdı. Lakin söhbət ondan gedir ki, bizim potensialımız nə qədərdir? Nə dərəcədə bu qüvvə və imkanlardan rasional istifadə edirik? İmkanlarımız və qüvvəmiz çox böyükdür. Sanki yüz faiz görə biləcəyimiz işin 30 faizini görürük, ermənilər isə var qüvvələri ilə işləyirlər.
Babək Cəfərov: Mən qrant verən qurumların fəaliyyətinə toxunmaq istəyirəm.  Çox vaxt həmin qurumlar milli maraqlardan yox, öz maraqlarından çıxış edirlər ki, bu da ümumi işimizə mane olur. Halbuki əvvəlcə ölkənin maraqları öndə gəlməlidir. Ölkə də təcrübəli qurumların və kadrların fəaliyyətində maraqlı olmalıdır.
Rizvan Hüseynov: Həqiqətən bu laqeydlik, diqqətsizlik üzündən neçə-neçə kadrlarımız işindən ayrılıb, tamamilə bu sahədən uzaq fəliyyətlə məşğuldurlar.
Fuad Babayev: Məni bir məsələ maraqlandırır. Tutaq ki, heç kim ortaya çıxaraq bu sahədə çalışan insanları bir araya gətirmir. Bəs sizin öz aranızda birləşərək güclərinizi artırmağınıza nə mane olur?
Rizvan Hüseynov: Səbəb ondadır ki, biz yalnız bu sahə ilə məşğul olmuruq axı. Hərəmizin öz daimi iş yerlərimiz var. Bu məsələ ilə isə əsasən işdən kənar vaxtlarda və ya işarası məşğul oluruq. Ona görə də əfsuslar olsun ki, tez-tez görüşüb bir araya gələ bilmirik. Amma İnternet vasitəsilə də olsa, əlaqə saxlayırıq. Bir müddət öncə, dövlət xətti ilə bir illik layihə var idi. Həmin layihə çərçivəsində rus və ingilis dillərini yaxşı bilən on nəfər uşağı bir yerə yığmışdıq və əla da çalışırdıq. Lakin layihə bitdikdən sonra, maliyyə olmadığı üçün hərə bir tərəfə dağıldı.
Azər Əfəndi: Burada yalnız texniki səbəb yox, həm də qarşına qoyduğun məqsəd məsələsi var. Əgər mən forumlarda, Rizvan müəllim isə bloqlarda mübarizə aparırıqsa, bizim tet-a-tet görüşməyimiz vacib deyil. Biz qarşımıza qoyduğumuz məqsədə nail oluruq. Başqa bir platformada çalışacağıqsa, onda güclərimizin birləşdirilməsinə ehtiyac var.  İndi isə gördüyümüz işlər sadəcə olaraq məsələyə primitiv yanaşmadan başqa bir şey deyil. Mən sadəcə olaraq təcrübəli forum iştirakçısıyam. Mənə qarşı sanballı bir erməni alimi çıxış etdiyi təqdirdə, geri çəkilməyə məcburam. Belə olan halda, tarixçi kimi Rizvan müəllim önə çıxmalıdır. Yəni adi forum iştirakçıları ilə mübarizə aparanda, mənə kimsənin köməyi lazım deyil, bunu özüm də bacararam. Daha böyük miqyasda mübarizə apararkən isə əlbəttə ki, müxtəlif elm sahələrində təmsil olunmuş mütəxəssislərdən ibarət komanda tələb olunur.
Rizvan Hüseynov: Bir əlavəm də var. Biz forumlarda, sosial şəbəkələrdə paylaşdığımız hansısa məlumatı yalnız 200-300 nəfər arasında yaya bilərik. Daha geniş arealda işləməyimiz üçün dövlət dəstəyinə ehtiyacımız var.
Gündüz Nəsibov: Sizcə, erməni bloqqerlərinin zəif və güclü tərəfləri hansılardır?
Rizvan Hüseynov: Güclü tərəfləri ondadır ki, nə ilə məşğul olduqlarını yaxşı bilirlər. Və ancaq bildikləri sahə haqqında danışmağa hazırdırlar. Bizim bloqqerlər kulinariyadan tutmuş siyasətə kimi, hər şey haqqında danışmağa hazırdırlar. Ermənilər isə ancaq ixtisaslaşdıqları sahə haqqında danışırlar. Lazım olanda isə başqa sahə üzrə mütəxəssislərdən bacarıqla istifadə edirlər. Yəni sabit bir sistemləri var. Zəif tərəfləri isə arxayınçılıqdır. Onlar yüz illərdir bu təbliğatla məşğuldurlar. Hər şeyə hazır cavabları var və bundan istifadə edirlər. Bizim onlar üzərində az-çox qələbələrimiz qeyri-səlis məntiqdən istifadə sayəsində mümkün olur.
Babək Cəfərov: Ermənilər özlərini həddindən artıq sevən millətdir. Amma eyni zamanda uşaqlarına erkən yaşdan təlqin edirlər ki, sənin düşmənin türkdür.  Və bu da onları bizə qarşı mübarizədə daim var qüvvə ilə işləməyə sövq edir.
BABEK1 Erməniliklə virtual müharibədə fərdlərin iştirakı və yaxud tək əldən də səs çıxa bilər!

Azər Əfəndi: Onların ən güclü tərəfi ondadır ki, hər kəs nə ilə məşğul olacağını yaxşı anlayır. Bir-birinə qarşı hörmətlə yanaşırlar. Biri hansısa problemi daha yaxşı bilir və yazırsa, digərləri onun fəaliyyətinə mane olmurlar. Bir başqa faktı da vurğulamaq istəyirəm. Facebook, Odnoklassniki, V kontakte kimi sosial şəbəkələrdə ermənilər eyni niklə saatlarla otururlar və daim şəbəkədədirlər. Normal insan buna qadir deyil. Yazı üslubu, qrammatikanı bilmə səviyyəsindən hiss olunur ki, əslində bu nik altında bir nəfər yox, bütöv bir komanda işləyir.  Zəif cəhətləri isə odur ki, iki yüz ildən artıq müddətdə bizi çox yaxşı öyrəniblər. Forumlarda da bundan istifadə edir və bizi provakasiyaya çəkirlər. Provokasiyaya getməyəndə, səbrli olanda isə özlərini itirirlər və növbəti addımlarını müəyyənləşdirə bilmirlər. Ermənilərdə istək və vətənpərvərlik yoxdur. Mənim uzun illərdən bəri araşdırmalarım göstərir ki, onlar yalnız nəhəng maddi və mənəvi dəstək sayəsində irəliləyişə nail olublar. Amma xüsusi bir istəkləri yoxdur. Çünki onların arqumentləri qarşısına əks arqumentlə çıxanda geri çəkilirlər. Daha yeni faktlar, arqumentlər tapmaq həvəsləri yoxdur. Sanki hamısına eyni məlumat bazası verilib və onu yaymaqla məşğuldular.
Fuad Babayev: Zənnimcə, kifayət qədər mürəkkəb, həm də ağrılı bir problemin heç olmasa əsas konturlarını müəyyənləşdirə bildik. İcazənizlə, bu söhbətimizi yekunlaşdıraq. Amma 1905.az portalı olaraq bu mövzunu gündəmdə saxlayacağıq. Maraqlı söhbət üçün hər birinizə təşəkkür 
Hazırladı: Gündüz Nəsibov
1905.az
P.S. Yazı çapa hazırlanarkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsindəki məruzəsinin mətni KİV-də yayıldı. Ümidvarıq ki, bu müşavirədən sonra 1905.az portalının ofisindəki dəyirmi masada səsləndirilən problemlər də öz həllinitapacaq.

8 коммент.

Ermenilile mubarize cox cetindir ve cetin olacaq. Sual: Niye? Ona gore ki ermeniler bir millet kimi oz milli menafelerini sexsi menafelerinden cox hetta daha cox ustun tuturlar. Real heyatda ermeniler hansi olkede olsalar ozlerini ermeni kimi teqdim edirler ve Boyuk Ermenistan ve Ermeni soyqirimini teblig edirler. Virtual mekanda ise hecbir deyisiklik yoxdur real heyatda nece virtual mekanda da eynisi. Geledim azerbaycanlilara ve azerbaycanciliga. Hec bir azerbaycanli hec bir dovletde ozunu azerbaycanli kimi teqdim elemir; ya deyecek ki men talisam, men tatam, men lezgiyem ve s. ve ilaxir. Ve Azerbaycandan ve Azerbaycanin problemlerinden bixeberdir. Virtual mekenda ise DEHSET!!! Bir baxin Facebooka ve Odnoklassnikiye: virtual mekan azerbaycanlilar ucun xususen de gencler ucun flirt mekenidir. Qizlar oglan axtarir, oglanlar qiz tutur, seviyyesiz sohbetler, sekiller. Ne ise ...

Reply

Вu deyirmi mаsаdа dеyilеn vе muzаkire edilеn mеselеlеr chox аktuаl movzulаrdir. Xususеn dе intеrnеtdеki hаylаrin vе onlаrin kuyunе gеdеnlеrin yаydigi yаlаnlаrin qаrshisini аlmаqdа chox аxsаyiriq. Rеаl hеyаtdа, uz-bеuz dеbаtlаrdа, bеynеlxаlq siyаsi tribunаlаrdа- bizimkilеr her zаmаn еlе bir sаnbаlli, tutаrli vе mеntiqi cаvаb vеrirlеr еrmеnilеrе ki, еrmеnilеrin yеddi qаtindаn kеchir. Аmmа еfsuslаr olsun ki, biz virtuаl аlеmdе, klаviаturа аrxаsindа bu cur аktiv deyilik. Hаlbuki еhаlinin hеr min nеfеrinе dushеn komputеr qurgulаrinin, intеrnеtе chixishi olаn shеbеkе каnаllаrinin hеm miqdаrinа gorе vе hеm de umumi fаizinе gorе biz еrmеnilеri xеyli ustеlеyirik. Dogrudur, bizimlе indi intеrnеtdе еsаs mubаrizе аpаrаnlаr, Hаyаstаnin ozundеki еrmеnilеr yox, onun xаricindе yаshаyаn(еsаsеn Rusiyаdа yаshаyаn) еrmеnilеrdir. Onlаr bizimlе tеkcе xаricdеn yox, hеm dе dаxildеn mubаrizе аpаrmаq uchun Аzеrbаycаn dilini chox yаxshi bilеn, lаkin milli mеnsubiyyеti qеyri-аzеrlеr olаn еtnik аzliqlаrin komеklеrinе umid bеslеmеyе ustunluk vеrirlеr. Rizvаn bеy burdа chox hаqli olаrаq qеyd etdi ki, Vikipеdiyаlаrdа bаsh vеrеn аnаrxiyа- bizim еn аgrili yеrlеrimizdir. Hаylаr Аzеrbаycаn, аzеrbаycаnlilаr vе Аzеrbаycаn Tаrixi bаrеsindе mеlumаtlаri nеinki еrmеnidilli vе rusdilli Vikipеdiyа bolmеlеrindе sаxtаlаshdirirlаr, onlаr bunu ingilisdilli, frаnsizdilli, аlmаndilli, polyаkdilli vе ukrаynаdilli vikipediyаlаrindа dа Аzеrbаycаnа аid yа sаxtа mеqаlеlеr yerlеsdirirlеr, yа dа movcud mеqаlеlеrе sаxtа "duzеlishlеr" еlеyеrеk onlаri murdаr vе bеrbаd hаlа sаlirlаr. Son 2-3 ildе isе onlаr oz murdаr cаynаqlаrini аrtiq аzеrbаycаndilli vikipеdiyа bolmеsinе dе аtiblаr. Xususеn dе еtnik аzliqlаri bu ishе cеlb еdiblеr. Еvvеllеr mеn Аzеrbаycаn vikipеdiyаsindа Lеnkаrаn Xаnligi аdli durust mеqаlе gormushdum, indi isе onun аdini dеyishib Tаlish Xаnligi еdiblеr, ichеrisinе choxlu qondаrmа vе еsаssiz mеlumаtlаr soxushdurublаr. Ваshа dusmurеm- аzеri modеrаtorlаr hаrа bаxirlаr. Аxi Tаlish аdindа xаnliq hеqiqi tаrix аxаrindа hеch zаmаn movcud olmаyib. Niyе biz bunа susmаliyiq. Еlе indiyе kimi bеynеlmilеlchiliyi qorumаq xеtrinе susаrаq bu gunе qаlmishiq. Веsdir dаhа. Аstаrа, Lеnkаrаn, Lеrik vе Mаsаlli rаyonlаrinа аid mеqаlеlеrе bаxirаm- gorurеm ki, bu mеqаlеlеrdеki еhаlinin milli tеrkibinе аid olаn mеlumаtlаr bolmеsinе kimsе hеyаsizcаsinа mudаxilе еdib(chunki kеchеn il bu mеqаlеlеri mеn oxuyаrkеn bеlе cеfеngiyyаtlаr ordа yox idi). Dovlеtin muvаfiq illеrе аid olаn rеsmi stаtistik mеlumаtlаr vе rеqеmlеr kobudcаsinа lеgv еdilmish ("duzеlish"-duymеsi vаsitеsilе) vе onlаrin yеrinе hаnsisа аgildаnkеmin biri, аginа-bozunа bаxmаdаn ozundеn sаxtа rеqеmlеr uydurаrаq bu rаyonlаrin milli tеrkiblеrinin hеm miqdаr vе hеm de fаiz nisbеtini tаm tаninmаz hаldа dеyishibdir. Sonrа dа bаxib gorursеn ki, bu sаxtаkаr, еlе hеmin vikipеdiyаdа hаylаrlа cici-bаci olubdur. Onа gorе dе biz hеr zаmаn аyiq olmаliyiq.

Reply

Вu deyirmi mаsаdа dеyilеn vе muzаkire edilеn mеselеlеr chox аktuаl movzulаrdir. Xususеn dе intеrnеtdеki hаylаrin vе onlаrin kuyunе gеdеnlеrin yаydigi yаlаnlаrin qаrshisini аlmаqdа chox аxsаyiriq. Rеаl hеyаtdа, uz-bеuz dеbаtlаrdа, bеynеlxаlq siyаsi tribunаlаrdа- bizimkilеr her zаmаn еlе bir sаnbаlli, tutаrli vе mеntiqi cаvаb vеrirlеr еrmеnilеrе ki, еrmеnilеrin yеddi qаtindаn kеchir. Аmmа еfsuslаr olsun ki, biz virtuаl аlеmdе, klаviаturа аrxаsindа bu cur аktiv deyilik. Hаlbuki еhаlinin hеr min nеfеrinе dushеn komputеr qurgulаrinin, intеrnеtе chixishi olаn shеbеkе каnаllаrinin hеm miqdаrinа gorе vе hеm de umumi fаizinе gorе biz еrmеnilеri xеyli ustеlеyirik. Dogrudur, bizimlе indi intеrnеtdе еsаs mubаrizе аpаrаnlаr, Hаyаstаnin ozundеki еrmеnilеr yox, onun xаricindе yаshаyаn(еsаsеn Rusiyаdа yаshаyаn) еrmеnilеrdir. Onlаr bizimlе tеkcе xаricdеn yox, hеm dе dаxildеn mubаrizе аpаrmаq uchun Аzеrbаycаn dilini chox yаxshi bilеn, lаkin milli mеnsubiyyеti qеyri-аzеrlеr olаn еtnik аzliqlаrin komеklеrinе umid bеslеmеyе ustunluk vеrirlеr. Rizvаn bеy burdа chox hаqli olаrаq qеyd etdi ki, Vikipеdiyаlаrdа bаsh vеrеn аnаrxiyа- bizim еn аgrili yеrlеrimizdir. Hаylаr Аzеrbаycаn, аzеrbаycаnlilаr vе Аzеrbаycаn Tаrixi bаrеsindе mеlumаtlаri nеinki еrmеnidilli vе rusdilli Vikipеdiyа bolmеlеrindе sаxtаlаshdirirlаr, onlаr bunu ingilisdilli, frаnsizdilli, аlmаndilli, polyаkdilli vе ukrаynаdilli vikipediyаlаrindа dа Аzеrbаycаnа аid yа sаxtа mеqаlеlеr yerlеsdirirlеr, yа dа movcud mеqаlеlеrе sаxtа "duzеlishlеr" еlеyеrеk onlаri murdаr vе bеrbаd hаlа sаlirlаr. Son 2-3 ildе isе onlаr oz murdаr cаynаqlаrini аrtiq аzеrbаycаndilli vikipеdiyа bolmеsinе dе аtiblаr. Xususеn dе еtnik аzliqlаri bu ishе cеlb еdiblеr. Еvvеllеr mеn Аzеrbаycаn vikipеdiyаsindа Lеnkаrаn Xаnligi аdli durust mеqаlе gormushdum, indi isе onun аdini dеyishib Tаlish Xаnligi еdiblеr, ichеrisinе choxlu qondаrmа vе еsаssiz mеlumаtlаr soxushdurublаr. Ваshа dusmurеm- аzеri modеrаtorlаr hаrа bаxirlаr. Аxi Tаlish аdindа xаnliq hеqiqi tаrix аxаrindа hеch zаmаn movcud olmаyib. Niyе biz bunа susmаliyiq. Еlе indiyе kimi bеynеlmilеlchiliyi qorumаq xеtrinе susаrаq bu gunе qаlmishiq. Веsdir dаhа. Аstаrа, Lеnkаrаn, Lеrik vе Mаsаlli rаyonlаrinа аid mеqаlеlеrе bаxirаm- gorurеm ki, bu mеqаlеlеrdеki еhаlinin milli tеrkibinе аid olаn mеlumаtlаr bolmеsinе kimsе hеyаsizcаsinа mudаxilе еdib(chunki kеchеn il bu mеqаlеlеri mеn oxuyаrkеn bеlе cеfеngiyyаtlаr ordа yox idi). Dovlеtin muvаfiq illеrе аid olаn rеsmi stаtistik mеlumаtlаr vе rеqеmlеr kobudcаsinа lеgv еdilmish ("duzеlish"-duymеsi vаsitеsilе) vе onlаrin yеrinе hаnsisа аgildаnkеmin biri, аginа-bozunа bаxmаdаn ozundеn sаxtа rеqеmlеr uydurаrаq bu rаyonlаrin milli tеrkiblеrinin hеm miqdаr vе hеm de fаiz nisbеtini tаm tаninmаz hаldа dеyishibdir. Sonrа dа bаxib gorursеn ki, bu sаxtаkаr, еlе hеmin vikipеdiyаdа hаylаrlа cici-bаci olubdur. Onа gorе dе biz hеr zаmаn аyiq olmаliyiq.

Reply

Yaxshi movzuya toxunulub!! He informaciya muharibesinde biz bir az onlardan zeifik .. Men ozum artiq iki ildirki onlarla virtualni yazishiram ve herden olubki, onlara ne ise subut etmek ucun bizde menbe baximindan boshluqlar tapmisham(( daha dogrusu menbelerion coxu azerb dilindedir ,onlari xarici dillere tercume edib yaymaq lazimdir ,, Birdeki daha cox istiqameti Youtubaa yonlendirmek lazimdir Bizimkiiler Youtuba ele coxda one vermir ama eslinde dunyada ne qeder insanlar Yotubu izleyir ve Yotubun imknlari dah genishdir .. Dushmenlerimizin cavabi verilmek ucun tutrali senedli fimler cekilmelidir ,ozude ferqli ferqli dillerde!! Adi elementarni xocali temasina aid bizde seviyyeli ve keyfiyyetli senedli fimler azerb .dilindedir Teeessuf ki, rus dli ve ingilis dilinde yoxdu(( Amma onlar bir film cekende nece dile tercume edirler ve yayirlar ... Inanin olubki men oz etrafimda olan refiqelerimle bu fimleri rus diline tercume edib rolikin altindan yazmishiq Calishdigim qedere ingilis dilinide de yaziram .. Amma bu ishlerle tek-tuk adamlar ve yuzerler meshgul olmamalidir ,bnu kompleks shekilde hansisa qurumlar etmelidir Film ceke bilmirlerse hec olmasa titr seviyesindese oz dilimizde olan filmleri xarici dillere tercume etsinler .. Men basha dushmurem bizde tercumeciler ve ya proqramistler yoxdu?? Niye bu ishlerle meshgul olmurlar ,inanin men hetta ingilis dilinde Mart soyqirimina aid bir seviyyeli ingilis dilinde videorolik tapa bilmirem ki, oz sehifemde paylashim Ozumde bilirem ki, menim ve dostlarimin sehifesi bezi virtual unsiyyetde oldugum ermeniler terefinden izlenilir Birdeki bezileri deyirki , onlarla unsiyyete girmek lazim deyil ,xeyir mence bu sehv fikirdi ,dushmene zerbe vurmaq uvun onunla unsiyyete girib ,onun psixologiyasini ve zeif tereflerini oyrenib ona zerbe vurmaq lazimdir .. Tamamile ignor elemek olmaz ... Birde deyirem dah cox Yotubda senedli filmler cekmek lazimdir ,ve movcud olan senedli fimleri xarici dillere tercume etmek lazimdir .. O qeder olubki,rus dilinde istocnik tapmisham amma ingilis dilinde tapa bilmemishem ,, Mecbur olub ozum tercume etmishem ingilis diline ve ya azerb.dilinde olan melumatlari refiqlerimden xahish etmeshem ki, qramotni rus diline tercume edibmene komek etsinler ... Biz 4-5 nefer hemishe onlar qarshi yazmishiq ve coxsheyleri subut etmishik Ozude deyimki, savd ve dunyagorushu cehetden bizim istifadeciler daha yuksekdediler , xususile qadinlarimiz .Men ozum esasen qadin yuzerlerle birge yazdigima gore bunu deyirem .. Onlarda umumiyyetle savadli qadin demek olarki yoxdu Bu iki il muddetinde bir savadli qadin opponent gormedim ne ise .. Sadece bize coxlu tutarli menbeler lazimdir .. Rizvan huseynovdan xahishim o olardiki meqalelerini hem de ingilis diline tercume eletdirsin Bu gunlerde mene bir ameriklai ermeni ingiis dilinde yazmishdi ,ele indi de yazir Men ona oz bildiklerimden cvb verirem ,amma ingilis dilinde bir statya tapa bilmirem .. Cox azdir ... Mecbur olub qisa shekilde tercume edib yaziram Bu ise cox vaxt aparir(( xahish edirem yazdiqlarinizin hamisini ingilid diline de tercume edin!! Fimler cekin ceke bilmirsizse movcud fimleri titrler vasitesile tercume edin Bu ki vesait aparmir Ele sheyler varki onlari pulsuz da hell etmek olar sadece istek lazimdir!

Reply

Salam əziz dost, əfsuslar olsun adını yazmamısan. Çox ciddi problemlərə toxundun, hansılarla mən hər gün rastaşıb xeyli əsəb və vaxt itiriəm. Çətinliklə də olsa dostlarla birləşib bəzi işləri görürəm, amma maliyyə və logistika dəstəyinə ehtiyac var. Bəzi məgalərimi inglis dilində oxuyub paylaşa bilərsən bu linkda toplanılıb http://www.rizvanhuseynov.com/search/label/In%20English

Reply

Salam !)Əvvəlcədən üzr istəyirəmki ,öncəki yazımda çoxlu hərif səhvləri buraxmışdım sadəcə tələsik yazmışdım )Mən ilk dəfədirki burda yazıram hələ bilmirəm burda necə ad seçilir və sairə Nə isə.. bu elə də önəmli deyil ..Onu deyə bilərəm ki, mən Youtubda Fatimə adlı bir yuzerin ətrafında olan xanımlardan biriyəm Məncə siz onu tanımalısız .. Onun vasitəsilə sizin linklərdən çox infolar əldə etmişik... Sonuncu Orbelinin kitabı isə bizim üçün bir qələbə oldu!! Hamısını yazıb qoymuşuq)) Üstəlik şəkillərlə bir yerdə ...İndi bir erməni bizə cavab verə bilmir)) Bundan öncə bizdən şəkil istəyirdilər ,indi qoy görsünlər şəkilləri .. Hə mən sonradan sizin bloqa girib ingilis dilli mənbələri araşdırıb mənə lazım olan şeyləri tapdım ... Bəzi şeyləri isə başqa mənbələrdən tapıram ,xarici dildə olmayanda tərcümə edirik və çalışırıq onların cavabını məntiqlə analitik olaraq cavab verək ... Onda qarşımızda aciz qalırlar Hətta bizi blokda edirlər ) Bu xaricdə yaşayan ermənilər ümumiyyətlə armpropanın təsiri altında böyüyüblər və demək olarki əks tərəfin mövqeyini eşitməyiblər Amerikdan tutmuş Avstraliyaya kimi hamısı hər şeyi inkar edir Hətta elələri varki deyir ki guya Xocalı hadisələri olmuyub və biz Xocalıya aid şəkilləri guya Balkan müharibısindən götürmüşük və bu şəkilləri pulnan almışıq Nə isə lap ağ eliyiblər .. Amma cavablarını faktlarla verəndə aciz qalırlar və geri çəkilirlər .. Çoxları isə bizim Seyidaqa Mövsümovun Xocalı da daha doğrusu Asgəranda çəkdiyi kadrları görmüyüblər və təəccüblənirlər .. Axı onlar belə bir mif yaradıblar ki guya o kadrlar Agdamda çəkilib Amma yenə real kadrları görəndə həyasızcasına hər şeyi inkar edirlər .. Biz hətta ayrı ayrı mənbələrdəm real sənədləri tapıb onlara göstərmişik Boş boş danışmaqdan başqa bir şey bilmirlər ... Yəqinki bizdə olan çatışmayan şeylər də tezliklə həllini tapar ... Bir yerdə olanda hər şeyi etmək asan olur Demək olarki biz elə bir birimizin həvəsinə girib nələrsə araşdırıb tapib onlara cavab veririk ,tək olanda çox çətin olur Artıq onlar bizi bir komanda kimi tanıyırlar və bizdən çəkinirlər) Qadı ki maliyyəyə məncə bunlar həll olunan şeylərdi ..Bəlkə bəzi qurumlara müraciət etmək lazımdır ,bəlkə kömək edələr .. Allah işinizi avand eləsin !! Yəqin bir temayla bağlə sualəmız olsa sizə müraciət edə bilərik Məsələn məni Bakının qədim tarixi maraqlandırı Mən biləni Bakı şəhərinin adı daha qədim mənbələrdə çəkilir ..Hətta Yerevan şəhərinin adı çəkildiyi mənbələrdən də daha qədim mənbələrdə çəkilir və biz bunu da hamıya çatdırmalıyıq Saxta filmlər çəkməklə az qala bütün dunyaya bar bağırırlar ki, Yerevan şəhəri dünyanın ən qədim şəhəridir Az qala 3000 illiyini keçirələr )) Axmaqlar!)) Hələ deyirlər ki Bakıda ilk qəzeti ermənilər buraxıb)))) Bakı haqqında mənbələrin adı çəkilməklə bir yerdə ciddi məqalə olsaydı əla olardı!! Mən məhz qədim mənbələri nəzərdə tuturam Məsələn ərəb mənbələrini ... Lazım olsa özümüz tapıb tərcümələr edərik ... Eybi yox) Verdiyiniz linkə baxaram Çox sağ olun!

Reply

Çox gözəl! Sizin kimi aktiv və savadlı vətənparvər insanlara böyür ehtiyac var. Ərəb mənbələrinə əsasən bir sıra məgalələrim var, bu maraglidir http://www.rizvanhuseynov.com/2014/01/blog-post.html

Reply

Çox sağ olun!)

Reply